Azərbaycancaaz
Mir.az » Resept » Damaqlarda Qalan Ləzzət: Limonlu Toyuq Filesi Resepti

Damaqlarda Qalan Ləzzət: Limonlu Toyuq Filesi Resepti

26
asan resept,asan yemək resept,sadə resept
420 calories, 4 grams fat
Damaqlarda Qalan Ləzzət: Limonlu Toyuq Filesi Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Yemək resepti.
Nə vaxtsa limonlu toyuq ətini sınamısınızmı bilmirik. Amma Mur.az sınamağı şiddətlə tövsiyə edir! Bu harmoniyanın ləzzətini kəşf edəndə kaş ki, bu resepti daha əvvəl öyrənərdik deyəcəksiniz.

NEÇƏ NƏFƏR ÜÇÜN

4 nəfərlik

HAZIRLIQ VAXTI

15 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

20 dəqiqə

Tərkibi:

800 qram toyuq filesi
1 xörək qaşığı zeytun yağı
1 budaq ətotu (rozmarin)
1/2 çay qaşığı təzə üyüdülmüş qara bibər
1/2 çay qaşığı dəniz duzu

Limon sousu üçün:
3 xörək qaşığı kərə yağı
1 diş sarımsaq
2 ədəd orta ölçülü limon
1/2 fincan incə üyüdülmüş qoz
1/4 dəstə cəfəri

Hazırlanma qaydası:

Toyuq filesini incə-incə dilimləyin.
Bir qaba qoyub üzərinə zeytun yağı, ətotu (rozmarin), təzə çəkilmiş qara bibər və dəniz duzu əlavə edib qarışdırın.Toyuq bütün inqrediyentlərlə qarışdırıldıqdan və dadını iki qat artırdıqdan sonra bişirilməyə hazırdır.
Tavanı qızdırın və toyuq ətini tavaya əlavə edib hər tərəfini üç dəqiqə bişirin.
Limon sousu üçün sarımsağı və limonun qabığını sürtgəcdən keçirin.
Cəfərini incə doğrayın.
Limonların suyunu sıxın.
Tavadakı toyuqların üzərinə kərə yağı və xırda üyüdülmüş qoz ləpəsi əlavə edib qovurun. Qovurma prosesinə sarımsağı əlavə edin. Ardı ilə tavaya limon şirəsini və qabıqlarını əlavə edib bu şəkildə toyuqu 10 dəqiqə daha bişirin.Hərdən çevirməyi unutmayın.
Son mərhələdə tavaya xırda doğranmış cəfəri əlavə edin və bir dəfə çevirib yeməyi ocaqdan götürün. İsti halda servis edin.

NUŞ OLSUN😋.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz