Azərbaycancaaz
Mir.az » Resept » Tavada Ətirli Skumbriya Balığı Resepti

Tavada Ətirli Skumbriya Balığı Resepti

48
asan resept,asan yemək resept,sadə resept
18 calories, 1 grams fat
Tavada Ətirli Skumbriya Balığı Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Yemək resepti.
Skumbriya o qədər faydalı balıqdır ki, onu rasionunuza mütləq daxil etməlisiniz. Çünki skumbriya Omega-3 yağ turşularının, vitamin və mineral kütləsinin ilk mənbəyidir. Bu faydalı balıqdan çox dadlı və tez bir zamanda hazırlaya biləcəyiniz bir resept. Mir.az tavada ətirli skumbriya qızartmasının reseptini təqdim edir.

NEÇƏ NƏFƏR ÜÇÜN

1 nəfərlik

HAZIRLIQ VAXTI

10 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

8 dəqiqə

Tərkibi:

  • 1 ədəd skumbriya balığı
  • 10 qram kərə yağı
  • 1 budaq ətotu (rozmarin)
  • 2 xörək qaşığı duru yağ
  • zövqə görə duz, istiot
  • Salat üçün:
  • 10 ədəd kiçik pomidor ( cherry )
  • 5 ədəd nanə yarpağı
  • 1 xörək qaşığı limon suyu
  • 1 xörək qaşığı zeytun yağı
  • Yarım çay qaşığı duz

Hazırlanma qaydası:

İlk öncə skumbriya balığını təmizləyib yaxşıca yuyun. Üzgəç, baş və quyruq hissəsini kəsib atın. Balığın üzərində bıçaqla kəsiklər atın və 1 xörək qaşığı bitki yağı səpin. Balığın içərisinə kərə yağı dilimi və 1 budaq ətotu (rozmarin) yerləşdirib üstünü iki tərəfli duzlayıb,istiotlayın.
Tavaya 1 xörək qaşığı yağ töküb qızdırın. Balığı qızğın yağda 3 dəqiqə güclü odda hər iki tərəfini qızardın. Daha sonra ocağı zəiflədib ,tavanın qapağını örtüb zəif odda 5 dəqiqə bişirin.
Pomidor salatını hazırlamaq üçün 10 ədəd xırda ( cherry ) pomidoru dilimləyib üzərinə doğranmış 5 ədəd nanə yarpaqları, limon suyu, zeytun yağı və duz əlavə edib qarışdırın. Salat hazır olduqdan sonra qızarmış balıqla servis edə bilərsiniz.



Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz