Bu Dəfə Ətsiz : Qarabaşaq Kotleti Resepti
Yemək Haqqında:
Türkiyə mətbəxindən Yemək resepti.
Qarabaşaq kotleti tez hazırlanan və faydalı pəhriz yeməyidir. Qarabaşağı sevməyənlər belə bu dadlı kotletlərdən sonra dadına aşiq olacaq. Hər dəfə arzuolunan yeməyə çevriləcək. Mir.az göbələkli qarabaşaq kotletinin reseptini təqdim edir.

NEÇƏ NƏFƏR ÜÇÜN
4 nəfərlikHAZIRLIQ VAXTI
25 dəqiqəBİŞİRMƏ MÜDDƏTİ
10 dəqiqəTərkibi:
250 qram qarabaşaq300 qram göbələk
150 qram soğan
1 çay qaşığı nişasta
Yarım dəstə cəfəri (və ya zövqə görə başqa göyərti)
1 çay qaşığı duz
1 çay qaşığı istiot
Hazırlanma qaydası:
İlk öncə qarabaşağı bişirib blenderdən keçirin. Soğanı xırda doğrayıb yağda qızardın və üzərinə xırda doğranmış göbələyi əlavə edib qovurun. Göbələklə qovrulmuş soğanı da blenderdən keçirin. Bir qabda blenderdən keçirilmiş qarabaşaq və göbələkli soğanı qarışdırıb üzərinə xırda doğranmış cəfəri, duz, istiot və nişasta əlavə edib yaxşıca qarışdırın. Qarışıqdan kotletlər hazırlayıb tavada az yağda qızardın. Bişdikdən sonra yanına zövqə görə kartof qızartması və ya pürəsi və zövqə görə salat hazırlayıb süfrəyə verə bilərsiniz.
NUŞ OLSUN😋.
NUŞ OLSUN😋.
Şərhlər 0
Şərh Yaz