Azərbaycancaaz
Mir.az » Resept » Balığı Sevməyən Uşaqlar Üçün : Pomidorlu Balıq Küftəsi Resepti

Balığı Sevməyən Uşaqlar Üçün : Pomidorlu Balıq Küftəsi Resepti

20
asan resept,asan yemək resept,sadə resept
835 calories, 8 grams fat
Balığı Sevməyən Uşaqlar Üçün : Pomidorlu Balıq Küftəsi Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Yemək resepti.
Balıq küftələri çox faydalı və iştahaaçan bir yeməkdir. Belə şirin qırmızı topları adi formada balıqları sevməyən bir çox uşaq sevəcək. Mir.az pomidor sousunda balıq küftələrinin reseptini təqdim edir.

NEÇƏ NƏFƏR ÜÇÜN

8 nəfərlik

HAZIRLIQ VAXTI

15 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

35 dəqiqə

Tərkibi:

400-450 qram pomidor
450 qram balıq filesi qiyməsi
1 ədəd şirin bolqar bibəri
2 ədəd soğan
1-2 diş sarımsaq
Mixək dənəsi
Yarım dəstə cəfəri
2 xörək qaşığı bitki yağı
1 çay qaşığı duz,
1 çay qaşığı istiot
1 çay qaşığı italyan otları

Hazırlanma qaydası:

İlk öncə pomidorları, bibər və soğanı kiçik kub formasında doğrayın.
Sarımsağı əzib xırdalayın.
Göyərtini də xırda doğrayın.
Qazana yağ tökün və qızdırın. Soğan və bibəri yumşalana qədər qovurun. Sarımsağı da əlavə edib qovurmağa davam edin ( təxmini yarım dəqiqə ). Üzərinə pomidorları və ədviyyatları əlavə edib 3-4 dəqiqə bişirin. Ocaqdan götürüb doğranmış göyərti əlavə edib qarışdırın.
Balıq filesi qiyməsinə duz, istiot, italyan otları əlavə edib qarışdırın. Küftələr hazırlayıb yağlanmış soba sinisinə aralıqlarla düzün. Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 7-10 dəqiqə bişirin.Bişən küftələri sobadan götürüb qazandakı pomidor sousuna əlavə edib ocağa qoyun və 15 dəqiqə bişirin. Bişən yeməyi isti halda süfrəyə verin.

NUŞ OLSUN😋.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz