Azərbaycancaaz
Mir.az » Resept » Portağal Souslu: Şokoladlı Brownie Dadında Keks Resepti

Portağal Souslu: Şokoladlı Brownie Dadında Keks Resepti

46
asan resept,asan yemək resept,sadə resept
1330 calories, 13 grams fat
Portağal Souslu: Şokoladlı Brownie Dadında Keks Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Şirniyyat resepti.
Çay saatlarınızın vazkeçilməz olacaq bu dadlı reseptin sirri portağal sousunda gizlidir.
Mir.az portağal souslu keks reseptini təqdim edir.

NEÇƏ NƏFƏR ÜÇÜN

13 nəfərlik

HAZIRLIQ VAXTI

10 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

30 dəqiqə

Tərkibi:

  • 3 ədəd yumurta
  • 1 stəkan şəkər tozu
  • 1 stəkan süd
  • 1 çay fincanı maye yağ
  • 1.5 stəkan
  • 1 paket vanil
  • 1 paket qabartma tozu
  • 1 ədəd portağalın qabığı
  • 3,5 xörək qaşığı kakao
  • 1 çay qaşığı darçın (istəyə görə)
  • 1 çimdik duz
  • 1 paket şokolad sousu
  • 1 stəkan portağal şirəsi

Hazırlanma qaydası:

Yumurta və şəkər tozunu ağarana qədər yaxşıca çalın.Üzərinə yağ və südü əlavə edib çalmağa davam edin.
Ardı ilə un və qabartma tozunu ələyib əlavə edin və taxta qaşıqla qarışdırın.
Sonda vanil, kakao,darçın və portağal qabığını əlavə edib qarışdırın.
Qarışığı yağlanmış qəlibə tökün və (qəlibi iki dəfə yerə vurun ki, havası çıxsın.) əvvəlcədən isidilmiş 175 dərəcə sobada 30 dəqiqə bişirin.(Bişirmə vaxtı sobadan asılıdır.)
Şokolad sousunu paketin arxasında göstərildiyi kimi hazırlayın.
Bişmiş keksi sobadan çıxarın və isti halda portağal suyunu üzərinə gəzdirin.Portağalın suyu çəkildikdə şokolad sousunu əlavə edin və soyuması üçün soyuducuya qoyun.
Soyuducudan çıxardıqdan sonra istədiyiniz kimi bəzəyib süfrəyə verin.

NUŞ OLSUN😋.



Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz