Azərbaycancaaz
Mir.az » Resept » O Bir Vitamin Bombası : Toyuq Şorbası Resepti

O Bir Vitamin Bombası : Toyuq Şorbası Resepti

26
asan resept,asan yemək resept,sadə resept
425 calories, 4 grams fat
O Bir Vitamin Bombası : Toyuq Şorbası Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Yemək resepti.
Həm böyüklərin, həm də uşaqların sevəcəyi ləzzətli və doyurucu bir şorba hazırlaya bilərsiniz. Mir.az konservləşdirilmiş qarğıdalı və toyuqla hazırlanan ləzzətli şorbanın reseptini təqdim edir.

NEÇƏ NƏFƏR ÜÇÜN

4 nəfərlik

HAZIRLIQ VAXTI

10 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

25 dəqiqə

Tərkibi:

500 qr toyuq budu və ya hər hansı bir hissəsi
2-2,5 litr su
100 qr yerkökü
100 qr soğan
250 qr kartof
1 banka koservləşdirilmiş qarğıdalı dənəsi
3 ədəd yumurta
2 xörək qaşığı bitki yağı
Bir neçə budaq şüyüd
1 çay qaşığı duz
1 çay qaşığı istiot
1/4 çay qaşığı zəncəfil tozu ( zövqə görə )

Hazırlanma qaydası:

Bud dibinin üzərinə su tökün və bişirib bulyonunu çıxarın. Bişən ətləri sümükdən ayırıb kiçik tikələrə bölün və yenidən bulyona qaytarın.
Soğan, yerkökü və kartofu kub formasında doğrayıb orta ölçülü qazanda kərə yağında bir neçə dəqiqə qovurun. Qovrulan tərəvəzləri ət və bulyon olan qazana tökün. Konservləşdirilmiş qarğıdalı dənələrini də əlavə edib qaynamağa qoyun. Duz və istiot əlavə edib zəif ocaqda 10-15 dəqiqə bişirin. Yumurtanı kasada çəngəllə çırpın və davamlı qarışdıraraq yavaşca şorbaya töküb 5 dəqiqə bişirin. Şorbanı daha parlaq etmək üçün zəncəfil tozu əlavə edə bilərsiniz. Şorbanı süfrəyə verdikdə üzərinə doğranmış şüyüd səpin.


NUŞ OLSUN😋.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz