İmmuniteti Zəif Olanlar Üçün Bol Tərəvəzli Çuğundur Şorbası Resepti
Yemək Haqqında:
Türkiyə mətbəxindən Şorba resepti.
Çuğundur, kartof, yerkökü və tərəvəz bulyonundan hazırlanmış ətirli tərəvəz şorbası. Uşaqlar üçün , immuniteti zəif olanlar üçün əla bir şorba resepti. Mir.az ətsiz çuğundur şorbasının reseptini təqdim edir.

NEÇƏ NƏFƏR ÜÇÜN
4 nəfərlikHAZIRLIQ VAXTI
10 dəqiqəBİŞİRMƏ MÜDDƏTİ
40 dəqiqəTərkibi:
1 ədəd çuğundur1 ədəd yerkökü
1 ədəd kartof
1 ədəd soğan
600 ml su və ya tərəvəz bulyonu
1 xörək qaşığı xama
2 budaq cəfəri
2 xörək qaşığı bitki yağı
1 çay qaşığı duz
1 çay qaşığı istiot
Hazırlanma qaydası:
İlk öncə soğanı xırda doğrayıb yağda qızardın. Kartofu və çuğunduru kub formasında, yerkökünü isə halqa şəklində doğrayın.Qızardılmış soğana doğranmış çuğundur, kartof və yerkökü əlavə edib 3-4 dəqiqə bişirin. Üzərinə bulyon, duz və istiotu da əlavə edib qarışdırın. Qazanın qapağını örtüb zəif ocaqda 30-40 dəqiqə bişirin. Ətirli tərəvəz şorbasını dərin kasaya töküb, üzərinə 1/2 xörək qaşığı xama və doğranmış cəfəri
əlavə edib süfrəyə verə verin. Şorbaya xama əlavə etmədikdə şorba yağsız alınacaq.
NUŞ OLSUN😋.
əlavə edib süfrəyə verə verin. Şorbaya xama əlavə etmədikdə şorba yağsız alınacaq.
NUŞ OLSUN😋.
Şərhlər 0
Şərh Yaz