Azərbaycancaaz
Mir.az » Resept » Unsuz və Yağsız : Səhər Yeməyi Üçün Sırnik Resepti

Unsuz və Yağsız : Səhər Yeməyi Üçün Sırnik Resepti

395
asan resept,asan yemək resept,sadə resept
225 calories, 2 grams fat
Unsuz və Yağsız : Səhər Yeməyi Üçün Sırnik Resepti

Yemək Haqqında:

Azərbaycan mətbəxindən Səhər yeməyi resepti.
Böyükdən kiçiyə hər kəsin sevdiyi sırniklər bir qayda olaraq yağda qızardılır. Pəhrizdə olanlar, yağlı və qızartma yeməyənlər üçün bu variantı təklif edirik. Sizdə sobada dadlı və faydalı sırnikləri hazırlayıb uşaqlarınızı sevindirə bilərsiniz.

NEÇƏ NƏFƏR ÜÇÜN

2 nəfərlik

HAZIRLIQ VAXTI

10 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

25 dəqiqə

Tərkibi:

300 qr kəsmik
2 ədəd yumurta sarısı
1 ədəd vanil
1 ədəd banan
2 xörək qaşığı manna yarması

Hazırlanma qaydası:

Bir qabda kəsmiyi çəngəllə əzib üzərinə vanil, manna yarması və yumurta sarısı əlavə edib qarışdırın.
Bananı da başqa bir qabda çəngəllə əzin və kəsmikli kütləyə əlavə edib yaxşıca qarışdırın. Kütlədən sırniklər hazırlayıb yağlı kağız sərilmiş soba sinisinə yerləşdirib əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 20-25 dəqiqə bişirin.
Bişdikdən sonra üzərinə zövqə görə pudra şəkəri səpib süfrəyə verə bilərsiniz.


NUŞ OLSUN😋.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz