Tavanı Rəfə Qaldırın: Yumurtalı Pomidor Dolması Resepti
Yemək Haqqında:
Türkiyə mətbəxindən Yemək resepti.
Tavada yumurta yerinə pomidorda yumurta bişirməyə nə deyirsiniz? Pomidora çəngəl batıranda altındakı pendir uzansın,buraxın yumurtanın içi daşsın. Mir.az yumurtalı pomidor dolması reseptini təqdim edir.

NEÇƏ NƏFƏR ÜÇÜN
4 nəfərlikHAZIRLIQ VAXTI
10 dəqiqəBİŞİRMƏ MÜDDƏTİ
10 dəqiqəTərkibi:
4 ədəd böyük pomidor4 ədəd yumurta
1 stəkan sürtgəcdən keçilmiş holland pendiri
1 stəkan pomidor püresi
1/2 stəkan isti su
2 xörək qaşığı zeytun yağı
1/2 çay qaşığı duz
1/2 çay qaşığı qara istiot
Hazırlanma qaydası:
Bol suda yuduğunuz pomidorların gövdələrini qapaq şəklində kəsin.
Bir qaşıq köməyi ilə orta hissələrini çıxarıb duz və istiot əlavə edin.
İçlik sousu üçün tavada zeytun yağını qızdırın. Pomidor püresi ( pomidor püresi əvəzinə rəndələnmiş pomidor və ya acı sousdan istifadə edə bilərsiniz ) əlavə edib orta istilikdə 2-3 dəqiqə bişirin.Daha sonra qaynar su əlavə edib sousu 2 dəqiqə qaynadın.
Ortasını çıxardığınız pomidorlara sürtgəcdən keçirilmiş holland pendirini bərabər şəkildə bölün.
Soba nimçəsindəki pomidorların içinə bir yumurta qırıb üzərinə duz və istiot səpin.
Üzərinə pomidor sousunu da əlavə etdiyiniz yumurta ilə doldurulmuş pomidorları əvvəlcədən isidilmiş 200 dərəcə sobada 10 dəqiqə bişirin.
Qızardılmış çörək dilimləri ilə yemək üçün gözləmədən bu ləzzəti sevdiklərinizlə paylaşın.
NUŞ OLSUN😋.

Şərhlər 0
Şərh Yaz