Səhər Yeməyi üçün İdeal : Tavada Almalı Omlet Resepti
Yemək Haqqında:
Türkiyə mətbəxindən Qəlyanaltı resepti.
Səhər yeməyi üçün 10 dəqiqəyə kəsmikli şirin omlet hazırlaya bilərsiniz. Mir.az sadə məhsullardan hazırlanan tavada almalı omletin reseptini təqdim edir.
Səhər yeməyi üçün 10 dəqiqəyə kəsmikli şirin omlet hazırlaya bilərsiniz. Mir.az sadə məhsullardan hazırlanan tavada almalı omletin reseptini təqdim edir.
NEÇƏ NƏFƏR ÜÇÜN
2 nəfərlikHAZIRLIQ VAXTI
5 dəqiqəBİŞİRMƏ MÜDDƏTİ
10 dəqiqəTərkibi:
3 ədəd yumurta120 qram kəsmik
165 qram alma
2 xörək qaşığı kərə yağı
Yarım çay qaşığı duz
Üzəri üçün:
Şəkəri kirşanı ( zövqə görə )
Darçın tozu ( zövqə görə )
Hazırlanma qaydası:
Almaların qabığını soyub cecəsini təmizləyin. Daha sonra almaları nazik yarım halqa şəklində dilimləyin. Tavada kərə yağını əridib almaları tez-tez qarışdıraraq yumşalanadək bişirin.
Bir qabda yumurta, kəsmik və duzu tel çırpıcıyla qarışdırın. Çırpdığınız kütləni bişmiş almaların üzərinə töküb 1 dəfə qarışdırın və tavanın qapağını örtüb zəif ocaqda 8-10 dəqiqə bişirin. Üzərinə şəkər kirşanı və ya darçın səpib süfrəyə verə bilərsiniz.
NUŞ OLSUN😋.

Şərhlər 0
Şərh Yaz