Azərbaycancaaz
Mir.az » Resept » Çıtır - Çıtır : Yerkökü Cips Resepti

Çıtır - Çıtır : Yerkökü Cips Resepti

540
asan resept,asan yemək resept,sadə resept
435 calories, 4 grams fat
Çıtır - Çıtır : Yerkökü Cips Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Çips resepti.
Tərkibində A və C vitaminləri, faydalı lif daşıyan yerkökü, immunitet sistemini gücləndirir və xərçəng riskini azaldır. Qızardılmış, yağlı, kalorili kartof çipslərinin əvəzinə ev şəraitində sobada yerköküdən faydalı çips hazırlaya bilərsiniz. Bu faydalı çips yalnız 79 kaloridir. Mir.az sobada xırçıldayan yerkökü çipsinin reseptini təqdim edir.

NEÇƏ NƏFƏR ÜÇÜN

4 nəfərlik

HAZIRLIQ VAXTI

5 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

35 dəqiqə

Tərkibi:

4 ədəd böyük yerkökü
2 xörək qaşığı zeytun yağı
1 çay qaşığı sarımsaq tozu
1 çay qaşığı duz
1 çay qaşığı bibəriyə ( ətotu )

Hazırlanma qaydası:

Yerkökünü yaxşıca yuyub qurutduqdan sonra halqa şəkildə incə doğrayın.
Yerkökü dilimlərini böyük bir qaba qoyub üzərinə zeytun yağı, sarımsaq tozu, duz və bibəriyə əlavə edib yaxşıca qarışdırın.
Yerkökü dilimlərini yağlı kağız qoyduğunuz soba sinisinə düzüb ( elə düzün ki, üst-üstə düşməsin) əvvəlcədən isidilmiş 180 dərəcə sobada 20 dəqiqə fan proqramında bişirin.
Çipslərinizin xırtıldayan olması üçün sobanın temperaturunu 120 dərəcəyə endirin və 10-15 dəqiqə daha bişirin və soyuduqdan sonra zövqlə yeyin.

NUŞ OLSUN😋.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz