Azərbaycancaaz
Mir.az » Resept » Qonaqlıq Var : Sobada Souslu Quzu Qabırğa Resepti

Qonaqlıq Var : Sobada Souslu Quzu Qabırğa Resepti

38
asan resept,asan yemək resept,sadə resept
440 calories, 4 grams fat
Qonaqlıq Var : Sobada Souslu Quzu Qabırğa Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Yemək resepti.
Sobada bişmiş quzu qabırğaları izdihamlı qonaq süfrələrində həm gözə, həm də mədəyə xitab edir. Bu ləzzətli ət yeməyi reseptinin sirri onun xüsusi sousunda və tərəvəzlərində gizlidir.Sobada bişərkən düyü plovunu da yanına hazırlayın. Çünki sobada souslu quzu qabırğası ilə çox yaxşı gedir.

NEÇƏ NƏFƏR ÜÇÜN

4 nəfərlik

HAZIRLIQ VAXTI

15 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

40 dəqiqə

Tərkibi:

8 ədəd quzu qabırğası
10 ədəd xırda soğan
1 ədəd kartof
4 diş sarımsaq
1 ədəd kök

Sous üçün:
1 xörək qaşığı tomat pastası
2 xörək qaşığı zeytun yağı
1 ədəd soğan
1 diş sarımsaq
1 çay qaşığı oregano
1 çay qaşığı çili bibəri
1 çay qaşığı üyüdülmüş qırmızı bibər tozu
1 çay qaşığı qara istiot
1.5 çay qaşığı duz

Hazırlanma qaydası:

Sos üçün qaba tomat pastası, zeytun yağı, ədviyyatlar, sarımsaq və sürtgəcdən keçirilmiş soğanı töküb qarışdırın.
Soba qabına qabırğaları düzün.
Hazırladığınız sousu qabırğaların hər yerinə yayıb üzərinə doğranmış yerkökü, doğranmış kartof, sarımsaq və soğan əlavə edin və yaxşıca qarışdırın.
Üzərini streçlə örtün və ən azı 30 dəqiqə soyuducuya qoyun.
Soyuducudan çıxarın və perqament kağızı ilə örtün.
Əvvəlcədən isidilmiş 180 dərəcədə 40 dəqiqə bişirin.
İstəyə görə düyü ilə süfrəyə verə bilərsiniz.

NUŞ OLSUN😋.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz