Azərbaycancaaz
Mir.az » Resept » Tənbəl Lahmacun : Sobada Hazır Lavaşdan Lahmacun Resepti

Tənbəl Lahmacun : Sobada Hazır Lavaşdan Lahmacun Resepti

78
asan resept,asan yemək resept,sadə resept
317 calories, 3 grams fat
Tənbəl Lahmacun : Sobada Hazır Lavaşdan Lahmacun Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Lahmacun resepti.
Sobadan yeni çıxmış isti, xırçıldayan bir lahmacunu hamımız sevirik . Xüsusilə evdə yemək bişirmək istəmədiyimiz vaxtlarda. Ağlımıza ilk pizza ya da lahmacun sifariş vermək gəlir. Amma evə gələnə qədər o xırçıltısı itir. Artıq həm xırçıldayan, həm isti, həm də istədiyiniz ləzzətdə lahmacun bişirmək, sifariş verməkdən daha asandır. Xəmir acıtma, açmaq yoxdur. Yalnız istədiyiniz kimi içliyi hazırlayın, təxminən on dəqiqə sonra da lahmacunlarınızın dadını çıxarın.

NEÇƏ NƏFƏR ÜÇÜN

3 nəfərlik

HAZIRLIQ VAXTI

15 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

17 dəqiqə

Tərkibi:

11 ədəd xırda lavaş
200 qram qiymə(çəkilmiş ət)
1 ədəd orta boy soğan
1 ədəd yaşıl bibər
1 ədəd pomidor
1/2 dəstə doğranmış cəfəri
1 çay qaşığı duz
1 çay qaşığı istiot
1 çay qaşığı bibər pastası
1 çay qaşığı tomat pastası
1 xörək qaşığı bitki yağı
1 diş sarımsaq (sürtgəcdən keçilmiş)

Hazırlanma qaydası:

Dərin bir qaba 200 qram qiyməni əlavə edib üzərinə sürgəcdən keçilmiş pomidor,sarımsaq,soğan, qırmızı və yaşıl bibər,xırda doğranmış cəfəri, bibər və tomat pastası ,bitki yağı ,duz və ədviyyatlar əlavə edib əlinizlə yoğurun. Lavaşları dəzgahın üzərinə sərin və hazırladığınız qiyməli içlikdən qoyub əlinizlə yaxşıca yayın. Əvvəlcədən qızdırılmış 180 dərəcəli sobada üstü qızarana qədər bişirin.
Bişdikdən sonra sobadan çıxardın .
Üzərlərinə limon və cəfəri ( zövqə görə soğan ) əlavə edib isti halda süfrəyə verin.

NUŞ OLSUN😋.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz