Azərbaycancaaz
Mir.az » Resept » Dadı Damaqlarda Qalacaq : Qiyməli Kartoflu Yemək Resepti

Dadı Damaqlarda Qalacaq : Qiyməli Kartoflu Yemək Resepti

542
asan resept,asan yemək resept,sadə resept
830 calories, 8 grams fat
Dadı Damaqlarda Qalacaq : Qiyməli Kartoflu Yemək Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Yemək resepti.
Nahara asan və ləzzətli qiyməli yemək hazırlaya bilərsiniz. Mir.az sobada qiyməli yeməyin reseptini təqdim edir.

NEÇƏ NƏFƏR ÜÇÜN

8 nəfərlik

HAZIRLIQ VAXTI

30 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

30 dəqiqə

Tərkibi:

1 kq kartof
500 qram qiymə
1 ədəd soğan
1 dolu xörək qaşığı un
2-3 xörək qaşığı pomidor püresi və ya 1 dolu xörək qaşığı tomat
100 qram holland pendiri
1 çay qaşığı duz
1 çay qaşığı istiot
1 çay qaşığı sarıkök
1 çay qaşığı şirin qırmızı bibər tozu
1 çay qaşığı sarımsaq tozu
1/3 stəkan bitki yağı

Hazırlanma qaydası:

İlk öncə kartofların qabıqlarını soyub barmaq qalınlığında samanvari doğrayın.
Tavaya yağ əlavə edib kartofları qızardın. Qızartdığınız kartoflara duz əlavə edin. Daha sonra qızaran kartofları soba qəlibinə yayın.
Eyni tavaya kub-kub doğranmış soğan və qiyməni əlavə edib qovurun. Üzərinə duz, istiot, sarıkök, şirin qırmızı bibər tozu, sarımsaq tozu və un əlavə edib qovurmağa davam edin. Pomidor püresi( və ya tomat ) və üzərini keçməyəcək qədər su əlavə edin. Ara sıra qarışdıraraq su çəkilənə qədər bişirin. Bişirdiyiniz qiyməni soba qabına əvvəlcədən qızardılmış kartofların üzərinə yayın. Holland pendirini də sürtgəcdən keçirib qiymənin üzərinə səpin. Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada pendir əriyib qızarana qədər bişirin.
Süfrəyə verdikdə üzərinə doğranmış göyərti səpə bilərsiniz.

NUŞ OLSUN😋.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz