Bu Dəfə Makarondan : Makaron Cips Resepti
Yemək Haqqında:
Türkiyə mətbəxindən Cips resepti.
Xırçıldayan makaron çipsi kartof çipsinə maraqlı bir alternativdir. Belə bir qəlyanaltını ən sevdiyiniz filmləri seyr etdikdə yeməkdən məmnun qalacaqsınız. Mağazaya getməyinizə ehtiyac yoxdur, ev şəraitində özünüz hazırlaya bilərsiniz. Mir.az dadlı və xırçıldayan makaron çipsinin reseptini təqdim edir.

NEÇƏ NƏFƏR ÜÇÜN
5 nəfərlikHAZIRLIQ VAXTI
15 dəqiqəBİŞİRMƏ MÜDDƏTİ
30 dəqiqəTərkibi:
1/2 paket makaron1 xörək qaşığı un
1 xörək qaşığı nişasta
1/2 stəkan sütrgəcdən keçmiş holland pendiri
1 xörək qaşığı bitki yağı
1 çay qaşığı duz
1 çay qaşığı istiot
1 çay qaşığı qırmızı bibər tozu
Hazırlanma qaydası:
İlk öncə makaronu suda 5 dəqiqə bişirin.
Yarım bişən makaronu süzün və üzərinə soyuq su tökün (makaronun bir-birinə yapışmaması üçün). Süzülmüş makaronları salat qabına qoyub üzərinə un və nişasta əlavə edib yaxşıca qarışdırın. Makaronları bitki yağında az-az töküb qızardın. Qızardılmış makaronları ayrı bir boşqaba kağız salfetin üstünə qoyun ki ,artıq yağını çəksin. Xırçıldayan makaronların üzərinə zövqə görə ədviyyat , holland pendiri əlavə edib yeyə bilərsiniz.
NUŞ OLSUN😋.

Şərhlər 0
Şərh Yaz