Tam Fərqli : Lavaşda Qayğanaq Resepti
Yemək Haqqında:
Türkiyə mətbəxindən Qəlyanaltı resepti.
Səhər yeməyinin artıq darıxdırıcı və monoton olduğu günlər keçdi. Lavaşda qayğanaq bişirməyi təklif edirik. Həm çox dadlı, həm də doyurucudur. Mir.az lavaş arası qayğanağın reseptini təqdim edir.

NEÇƏ NƏFƏR ÜÇÜN
1 nəfərlikHAZIRLIQ VAXTI
5 dəqiqəBİŞİRMƏ MÜDDƏTİ
5 dəqiqəTərkibi:
1 ədəd lavaş1 ədəd yumurta
1 ədəd pomidor
20 qram pendir
Bir neçə budaq cəfəri və ya kişniş
Hazırlanma qaydası:
İsti bir tavanı azca yağlayın.
Lavaşı kvadrat formasında kəsib tavaya yerləşdirin. Lavaşın kənarları tavadan kənara çıxacaq.
Lavaşa bir ədəd yumurta sındırıb tökün. Doğranmış pomidor, rəndələnmiş pendir və xırda doğranmış göyərti də əlavə edib zərf şəklində bükün və qapağını örtün. Bir neçə dəqiqə zəif ocaqda hər iki tərəfini qızardın.
Qızardıqdan sonra istədiyiniz tərəvəzlərlə süfrəyə verə bilərsiniz.
NUŞ OLSUN😋.

Şərhlər 0
Şərh Yaz