Azərbaycancaaz
Mir.az » Resept » 20 Dəqiqədə Süfrədə : Soğansız Yumurta-Pomidor Resepti

20 Dəqiqədə Süfrədə : Soğansız Yumurta-Pomidor Resepti

466
asan resept,asan yemək resept,sadə resept
215 calories, 2 grams fat
20 Dəqiqədə Süfrədə : Soğansız Yumurta-Pomidor Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Yemək resepti.
Soğanlı ən dadlı yumurta-pomidordur? Yoxsa soğansız? Bu müzakirəni çox eşitmisiniz. Türkiyədə, hətta məşhur şeflərin dilinə düşmüş bu müzakirə mövzusu çox populyardır.
Mir.az soğansız sevənlər üçün mükəmməl resepti təqdim edir.

NEÇƏ NƏFƏR ÜÇÜN

2 nəfərlik

HAZIRLIQ VAXTI

5 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

15 dəqiqə

Tərkibi:

1 ədəd böyük pomidor
2 ədəd yaşıl bibər
3 xörək qaşığı zeytun yağı
1 çay qaşığı kərə yağı
1 çimdik duz
1 diş sarımsaq
1/2 stəkan pomidor püresi (soku)
1/2 stəkan su (isti)
1 çimdik acı bibər tozu
1 çimdik qara istiot
3 ədəd yumurta
1 çay qaşığı kərə yağı
1 çimdik cəfəri

Hazırlanma qaydası:

Duru yağ və kərə yağını böyük bir tavaya tökün və nazik,halqa şəklində doğranmış bibərləri əlavə edib ,üzərinə duz səpib ,orta istilikdə qızardın.
Pomidoru soyub kub formasında doğrayın və tavaya əlavə edin.
Pomidorlar yumşalmağa başlayanda sərt hissələrini çəngəllə əzin.
Tavaya bir diş əzilmiş və ya xırda doğranmış sarımsaq, pomidor püresi və qaynar su əlavə edib qarışdırın.
Tavanın qapağını örtüb 10 dəqiqə bişirin.
Tavadakı qarışım suyunu çəkəndə acı bibər və qara bibər tozunu ardı ilə yumurtaları əlavə edin. Əvvəlcə yumurtanın ağını, yumurtanın ağı bərkiməyə başlayanda isə sarıları partladıb qarışdırın.
Yumurta-pomidor hazırdır! Üzərinə xırda doğranmış cəfəri əlavə edib süfrəyə verin.

NUŞ OLSUN😋.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz