Azərbaycancaaz
Mir.az » Resept » Quşüzümü ilə Bişən Dadlı Ət Resepti

Quşüzümü ilə Bişən Dadlı Ət Resepti

30
asan resept,asan yemək resept,sadə resept
230 calories, 2 grams fat
Quşüzümü ilə Bişən Dadlı Ət Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Yemək resepti.
Quşüzümü ət ilə mükəmməl uyğunlaşan giləmeyvələrdən biridir.Qonaq süfrələrinə , ziyafət süfrələrinə çox yaraşacaq.Qonaqlarınız dadına , aromasına heyran qalacaq. Mir.az quşüzümü ilə bişən çox dadlı ət yeməyinin reseptini təqdim edir.

NEÇƏ NƏFƏR ÜÇÜN

2 nəfərlik

HAZIRLIQ VAXTI

30 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

30 dəqiqə

Tərkibi:

Dana filesi
300 qram quşüzümü
2 ədəd soğan
5-6 diş sarımsaq
Marinad üçün teriyaki sousu
1 çay qaşığı duz
1 çay qaşığı istiot
1 çay qaşığı pul bibər

Hazırlanma qaydası:

Dana filesini nazik uzunsov formada doğrayın. Ətləri bir qaba qoyub üzərinə teriyaki sousu töküb marinad olması üçün 20 dəqiqəlik kənara qoyun. Soğan və sarımsaqları nazik doğrayın. Tavaya yağ töküb marinadlı ətləri qovurun. Üzərinə bir az su tökün və su çəkilənə qədər bişirin. Doğranmış soğan, sarımsaqları,duz, istiot, pul bibəri (zövqə görə) əlavə edib qarışdırın və bişirməyə davam edin. Yaxşıca qovrulan ətlərin üzərinə dondurulmuş quşüzümü əlavə edib 5 dəqiqə bişirin və ocaqdan götürün. Süfrəyə süzülmüş düyü ilə verə bilərsiniz.

NUŞ OLSUN😋.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz