Yeni İl Süfrənizə Çox Yaraşacaq : Qar Qız Salatı Resepti
Yemək Haqqında:
Türkiyə mətbəxindən Salat resepti.
“Yeni il” bayram süfrəsi üçün gözəllik. Cəmi 15 dəqiqəyə dadlı qəlyanaltı salatı hazırlayaraq qonaqlarınızı heyran edə bilərsiniz. Mir.az 15 dəqiqəyə “Qar qız” qəlyanaltı salatının reseptini təqdim edir.

NEÇƏ NƏFƏR ÜÇÜN
6 nəfərlikHAZIRLIQ VAXTI
25 dəqiqəBİŞİRMƏ MÜDDƏTİ
Tərkibi:
250 qram (8 ədəd) krab çubuqları3 ədəd yumurta
250 qram bərk pendir
2-3 diş sarımsaq
Mayonez
Hazırlanma qaydası:
İlk öncə yumurtaları suda qaynadın və qabığını soyub sarısını ağından ayırın.
Pendiri və yumurta sarısını sürtgəcin xırda gözündən keçirin.
Bir qaba sürtgəcdən keçirilmiş pendir,yumurtanın üzərinə sarımsaq əzəndən keçirilmiş sarımsaq və mayonez əlavə edib qarışdırın.
Krab çubuqlarını açın. Birinci qatı boşqaba sərib üzərinə içlikdən yaxın. Bu qaydayla açılmış krab çubuqları bitənə qədər üst-üstə düzün.
Yumurta ağını sürtgəcdən keçirib salatın üzərini və kənarlarını bəzəyin.
Krab çubuqlarını rənginə görə açıb düzsəniz (bir tərəfi qırmızı, digər tərəfi ağ) 2 rəngli qəlyanaltı alınacaq. Hazır qəlyanaltı salatı istəsəniz dərhal süfrəyə verə bilərsiniz. Və ya qonaqlar gələnədək soyuducuya yerləşdirib daha sonra süfrəyə dilimləyərək verə bilərsiniz.
NUŞ OLSUN😋.

Şərhlər 0
Şərh Yaz