Azərbaycancaaz
Mir.az » Resept » Süfrələriniz Gül Açsın: Görünüşü Göz Oxşayan Gül Peçenyesi Resepti

Süfrələriniz Gül Açsın: Görünüşü Göz Oxşayan Gül Peçenyesi Resepti

188
asan resept,asan yemək resept,sadə resept
1510 calories, 15 grams fat
Süfrələriniz Gül Açsın: Görünüşü Göz Oxşayan Gül Peçenyesi Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Şirniyyat resepti.
Ətirli çay və qəhvənin yanına süfrəyə verəcəyiniz qeyri-adi dizaynlı peçenye. Görünüşü, dadı qonaqlarınızı valeh edəcək. Mir.az görünüşüylə valeh edən gül peçenyesinin reseptini təqdim edir.

NEÇƏ NƏFƏR ÜÇÜN

15 nəfərlik

HAZIRLIQ VAXTI

15 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

10 dəqiqə

Tərkibi:

200 qram otaq temperaturunda yumşaldılmış kərə yağı
100 qram şəkər tozu
1 ədəd yumurta
1/2 çay qaşığı vanil ekstraktı
1/4 çay qaşığı badam ekstraktı
300 qram un
50 qram kakao
Çuğundur şirəsi və ya çəhrayı qida boyası

Kremi üçün:
200 qram maskarpone pendiri
2 xörək qaşığı şəkər tozu

Hazırlanma qaydası:

İlk öncə bir qabda kərə yağı, badam ekstraktı ,vanil ekstraktı və yumurtanı miskerlə yaxşıca çırpın. Üzərinə un və duz əlavə edib mikserin aşağı sürətiylə çırpmağa davam edin. Xəmiri 3 hissəyə bölün. Bir hissəsinə kakao, ikinci hissəsinə çuğundur şirəsi və ya çəhrayı rəng qida boyası əlavə edib qarışdırın. Xəmiri konditer torbasına doldurun və böyük ulduz başlığı taxın. Yağlı kağız sərilmiş soba sinisinə gül şəkli verərək xəmirdən aralıqlarla düzün. Kakaolu və çəhrayı rəngli xəmirləri də eyni qaydayla gül şəkli verərək siniyə düzün. Əvvəlcədən 200 dərəcə qızdırılmış sobada 5-8 dəqiqə və ya yüngül qızaranadək bişirin.
Krem üçün maskarpone pendirini şəkər tozuyla çırpın. Bişən gül peçenyesinin bir hissəsinə krem yaxıb ikinci hissəni birləşdirin. Eyni qaydayla kakaolu və çəhrayı rəngli xəmirləri də kremləyib birləşdirin. Peçenyelər hazır olduqdan sonra çayın yanında süfrəyə verə bilərsiniz.

NUŞ OLSUN😋.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz