Azərbaycancaaz
Mir.az » Resept » Axşamın Yeməyi : Südlü İspanaq Şorbası Resepti

Axşamın Yeməyi : Südlü İspanaq Şorbası Resepti

26
asan resept,asan yemək resept,sadə resept
415 calories, 4 grams fat
Axşamın Yeməyi : Südlü İspanaq Şorbası Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Şorba resepti.
İspanaq min bir dərdə dərman bir tərəvəzdir. Saysız-hesabsız faydası olan ispanaqdan ləzzətli şorba hazırlaya bilərsiniz. Üstəlik südlə şorbanın ləzzətinə ləzzət qatacaqsınız. Sizdə axşam yeməyinin yanında dadına doyum olmayan, vitamin deposu südlü ispanaq şorbasını hazırlaya bilərsiniz.

NEÇƏ NƏFƏR ÜÇÜN

4 nəfərlik

HAZIRLIQ VAXTI

15 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

15 dəqiqə

Tərkibi:

700 qram ispanaq
4 stəkan süd
2 xörək qaşığı un
1,5 stəkan su
1 ədəd baş soğan
1 xörək qaşığı zeytun yağı
1 çay qaşığı duz
1 çay qaşığı istiot
1/2 çay qaşığı muskat qozu rəndəs

Hazırlanma qaydası:

lk öncə soğanı xırda doğrayın.
Bir tavada soğanı ispanaqla birgə qovurun.
Başqa bir tavada yağı və unu qovurun. Unun rəngi qızardıqda az-az südü və suyu əlavə edib ocağa bişməyə qoyun.
Üzərinə qovurduğunuz ispanağı əlavə edib hamısını birlikdə blenderdən keçirdin. Duz, istiot və muskat qozu rəndəsini də əlavə edib yaxşıca qarışdırın. Ocağın üstündə 5 dəqiqə qaynadıb isti-isti süfrəyə verə bilərsiniz.
Şorbaya dad və görünüş vermək üçün bir neçə dilim qızardılmış çörəklə birgə süfrəyə verin.

NUŞ OLSUN😋.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz