Dondurmanı Xatırladan Ləzzət : İtaliya Deserti Tartufo Resepti
Yemək Haqqında:
Şam yeməyinizi bir İtalyan ləzzəti olan Tartufo deserti ilə sonlandırın. Bir çox resepti olan bu deserti acı badam peçenyesiylə də hazırlananı mütləq sınaqdan keçirin. Mir.az dondurmanı xatırladan desertin reseptini təqdim edir.
NEÇƏ NƏFƏR ÜÇÜN
3 nəfərlikHAZIRLIQ VAXTI
15 dəqiqəBİŞİRMƏ MÜDDƏTİ
0 dəqiqəTərkibi:
90 qram acı badam peçenyesi
100 qram bittər şokolad
300 qram vanilli dondurma
20 qram kakao
200 qram qaymaq
200 ml moruq sousu
Hazırlanma qaydası:
Acı badam peçenyesini iri tikələr halına gətirin. Bittər şokoladı nazik və kiçik tikələrə ayırın. Dondurmanı kub formasına kəsib 5 dəqiqə yumşalması üçün kənara qoyun.
Dərin bir qabda qaymağı mikserlə yaxşıca çırpın. Daha sonra yumşalmış dondurmanı da əlavə edib çırpmağa davam edin. Qarışığa peçenyeləri və şokoladı da əlavə etdikdən sonra bərabər şəkildə qablara bölüşdürün.
Bu deserti hazırlamaq üçün yarımkürə formasında silikon qəliblərdən istifadə edə bilərsiniz.
Desertin orta hissəsinə albalı sousundan əlavə edib səliqəyə salın. Doldurduğunuz qəlibləri soyuducuya 3 saatlıq yerləşdirin. Süfrəyə verdikdə qabları isti suya batıraraq servis edəcəyiniz qaba tərs çevirin. Üzərinə bolluca kakao səpib süfrəyə verə bilərsiniz
NUŞ OLSUN😋.
Şərhlər 0
Şərh Yaz