Azərbaycancaaz
Mir.az » Resept » Pambıq Kimi Yumşaq : Pandispaniya Resepti

Pambıq Kimi Yumşaq : Pandispaniya Resepti

1 924
asan resept,asan yemək resept,sadə resept
1225 calories, 12 grams fat
Pambıq Kimi Yumşaq : Pandispaniya Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Şirniyyat resepti.
Qaynar suda vanilli biskvit – unikal resept və əla bir nəticə! Reseptin unikallığı hazırlanmasının sadəliyindədir (yumurta ağını və sarısı ayırmağa ehtiyac yoxdur). Bu reseptlə hazırlanan biskvit zərif, yumşaq və çox ətirli olur. Mir. az qaynar suda vanilli biskvitin reseptini təqdim edir.

NEÇƏ NƏFƏR ÜÇÜN

12 nəfərlik

HAZIRLIQ VAXTI

15 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

25 dəqiqə

Tərkibi:

4 ədəd yumurta
1 stəkan şəkər tozu
1 stəkan un
1 çay qaşığı qabartma tozu
3 xörək qaşığı bitki yağı
3 xörək qaşığı qaynadılmış su
1 paket vanil

Hazırlanma qaydası:

İlk öncə yumurtaları ağını sarısından ayırmadan bir qabda şəkər tozu ilə mikserlə çırpın (həcmi 2 dəfə artanadək, 10 dəqiqə). Başqa bir qabda un və qabartma tozunu qarışdırıb, ehtiyyatla yumurtalı qarışığa əlavə edin. Kütləni mikserin minimal sürətində qarışdırın. Qaynar su, bitki yağı və vanil də əlavə edib taxta qaşıqla və ya spatulayla qarışdırın. Hazırladığınız xəmiri formaya töküb, əvvəlcədən 180 dərəcə qızdırılmış sobada bişirin. Bişən biskviti alt-üst çevirib dəmir torun üzərinə qoyub soyudun. Hazır biskviti kremləyərək tort hazırlaya bilərsiniz.

NUŞ OLSUN😋.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz