Burax Səliqəsiz Olsun : Dağınıq ,Pərişan Peçenye Resepti
Yemək Haqqında:
Türkiyə mətbəxindən Şirniyyat resepti.
Forması yaxşı olmasa da, amma dadı təbii ki, əladır. Səliqəli, yumru və ya formalı peçenyelərə nisbətən yorulmadan hazırlanan, lakin ləzzətli dadı ilə köhnəlməyən reseptlərdən biridir.
Bu ecazkar ləzzəti hazırlayarkən formaya salmırıq, qaşıqla götürüb soba nimçəsinə qoyuruq. Asan və dəbdəbədən uzaqdır, forması ilə deyil, dadı ilə özünü sübut edən peçenyedir.
Mir.az səliqəsiz peçenye reseptini təqdim edir.

NEÇƏ NƏFƏR ÜÇÜN
22 nəfərlikHAZIRLIQ VAXTI
15 dəqiqəBİŞİRMƏ MÜDDƏTİ
30 dəqiqəTərkibi:
125 qram kərə yağı (otaq temperaturunda yumşaldılmış) (8,5 yemək qaşığı)1 stəkan şəkər tozu
2 ədəd yumurta
1/2 stəkan maye yağ
1 paket qabartma tozu
1 paket vanil
1 ədəd portağalın qabığı (istəyə görə)
1 çay qaşığı darçın (istəyə görə)
3,5 stəkan un
1 stəkan qoz ləpəsi (doğranmış)
1 stəkan kişmiş
Hazırlanma qaydası:
Yumurta və şəkər tozunu yaxşıca çırpın. Üzərinə otaq temperaturunda yumşaldılmış kərə yağı ( və ya marqarin ) və maye yağ əlavə edib çırpmağa davam edin.
Ardı ilə qabartma tozu, vanil,portağal qabığı ( və ya limon qabığı )və darçın əlavə edib yaxşıca qarışdırın.
Nəzarətli şəkildə unu əlavə edib yoğurun.
Sonda kişmişi və iri doğranmış qozu əlavə edib yoğurmağa davam edin.
Yapışmayan bir xəmir əldə etdikdə hazır olacaq.
Hazırladığınız xəmiri yağlı kağızla örtülmüş soba nimçəsinə xörək qaşığı ilə götürüb aralıqlarla düzün.
Əvvəlcədən isidilmiş 180 dərəcə sobada təxminən 30 dəqiqə üstləri yüngülcə qızarana qədər bişirin ( üzərini qəhvəyi rəng sevənlər 5 dəqiqə artıq bişirə bilərlər ).
NUŞ OLSUN😋.

Şərhlər 0
Şərh Yaz