Milli Mətbəximizdən : Çoban Aşı Resepti
Yemək Haqqında:
Azərbaycan mətbəxindən Yemək resepti.
Çoban aşı adıyla bilinən bu ləziz plov Azərbaycan mətbəxinin ən dadlı təamlarından biridir. Çoban aşı əsasən qoyun ətindən hazırlanır. Ancaq qoyun ətinin əvəzinə mal əti ilə hazırlaya bilərsiniz. Mir. az ləziz Çoban aşının reseptini təqdim edir.

NEÇƏ NƏFƏR ÜÇÜN
6 nəfərlikHAZIRLIQ VAXTI
20 dəqiqəBİŞİRMƏ MÜDDƏTİ
30 dəqiqəTərkibi:
500 qr ət (qoyun və ya mal əti)3 stəkan düyü (uzun və ya yumru)
100 qr kərə yağı
1 ədəd soğan
2 xörək qaşığı duz
1 çay qaşığı istiot
Hazırlanma qaydası:
İlk öncə əti tikələrə doğrayıb suda qaynadın.
Soğanı kiçik kub formasında doğrayıb yağda qovurun.
Bişən əti sudan çıxarıb qızardılmış soğana əlavə edin və qızarana qədər bişirin.
Düyünü yuyub süzün.
Qovrulan ət və soğanın üzərinə düyü, duz, istiot və ayırdığınız ət suyunu əlavə edin. (Ət suyunu hər 1 stəkan düyüyə 2 stəkan ölçüdə götürün.) Qazanın qapağını yarımçıq örtüb suyu çəkilənə qədər vam odda bişirin. Daha sonra aşı qarışdırıb qazanın üzərini mətbəx salfeti və qapaqla örtüb dəmlənməyə qoyun.
Hazır olduqdan sonra süfrəyə verə bilərsiniz.
NUŞ OLSUN😋.

Şərhlər 0
Şərh Yaz