Azərbaycancaaz
Mir.az » Resept » Gürcüstan Mətbəxindən: Tbilisi Salatı Resepti

Gürcüstan Mətbəxindən: Tbilisi Salatı Resepti

80
asan resept,asan yemək resept,sadə resept
6 calories, 6 grams fat
Gürcüstan Mətbəxindən: Tbilisi Salatı Resepti

Yemək Haqqında:

Gürcüstan mətbəxindən Salat resepti.
Gürcü mətbəxindən ləzzətli Tbilisi salatı. Hələ də hazırlamamısınızsa bayram günlərində hazırlayıb sevdiklərinizə fərqli təamlar təqdim edə bilərsiniz.

NEÇƏ NƏFƏR ÜÇÜN

6 nəfərlik

HAZIRLIQ VAXTI

35 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ


Tərkibi:

  • 2 ədəd sarı və qırmızı bolqar bibəri
  • 1 ədəd qırmızı soğan
  • 200 qr qırmızı lobya (bişmiş və ya konservləşdirilmiş)
  • 250 qr mal əti
  • 1-2 diş sarımsaq
  • 1 çay qaşığı istiot
  • 1 dəstə keşniş
  • 70 qr qoz ləpəsi
  • 4-5 xörək qaşığı bitki yağı
  • 3 xörək qaşığı sirkə
  • 0.5 çay qaşığı xmeli-suneli ədviyyatı
  • 1 çay qaşığı duz

Hazırlanma qaydası:

İlk öncə mal ətini bişirin.
Soğanı yarım halqa şəklində doğrayıb üzərinə sirkə və 1 stəkan su əlavə edib marinə olunması üçün kənarda saxlayın.
Bibərləri və mal ətini nazik və uzun formada doğrayın.
Qozu bıçaqla xırdalayın.
Keşniş, acı bibər və sarımsağı da xırda doğrayın. Marinə etdiyiniz soğanın suyunu süzün.
Geniş bir qaba bütün inqrediyentləri töküb üzərinə yağ və ədviyyatları də əlavə edib qarışdırın.
Hazır olan salatı süfrəyə verə bilərsiniz.

NUŞ OLSUN😋.



Şərhlər 1

Şərh Yaz
  1. Qonaq Selcan Xatun
    Qonaq Selcan Xatun
    Qonaq
    Evdar.az saytına istinad edin!!!

Şərh Yaz