Azərbaycancaaz
Mir.az » Resept » Sanki Bir Qarmon :Sobada Toyuq Filesindən Qəlyanaltı Resepti

Sanki Bir Qarmon :Sobada Toyuq Filesindən Qəlyanaltı Resepti

41
asan resept,asan yemək resept,sadə resept
435 calories, 4 grams fat
Sanki Bir Qarmon :Sobada Toyuq Filesindən Qəlyanaltı Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Qəlyanaltı resepti.
Həm gündəlik yemək üçün, həm də ziyafət süfrəsi üçün ideal yemək resepti. Xüsusilə idmanla məşğul olan insanlar üçün – minimum kalori miqdarı və maksimum qida dəyəri. Mir.az toyuq filesindən hazırlanan dadlı yeməyin reseptini təqdim edir.

NEÇƏ NƏFƏR ÜÇÜN

4 nəfərlik

HAZIRLIQ VAXTI

20 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

35 dəqiqə

Tərkibi:

4 ədəd toyuq filesi
3 diş sarımsaq
1 çay qaşığı duz
1 çay qaşığı istiot
1 çay qaşıöı kəklikotu
1 çay qaşığı qırmızı bibər tozu
1/2 çay qaşığı sarıkök
4 xörək qaşığı zeytun yağı
1 ədəd pomidor
100 qr pendir
1 ədəd qırmızı bolqar bibəri

Hazırlanma qaydası:

Sarımsağı sürtgəcdən keçirib üzərinə duz, istiot, kəklikotu, sarıkök, qırmızı bibər tozu və zeytun yağı töküb qarışdırın.
Pomidoru , bibəri yarım halqa şəklində doğrayın, pendiri isə dilimləyin.
Toyuq filesinin üzərindən yarımçıq kəsiklər açın. (Ancaq kəsiklərin sona qədər açmayın.) Toyuq filesi sanki bir qarmona və ya yelpiyə bənzəməlidir.
Soba sinisini yağlayın və qarmon formalı fileləri siniyə yerləşdirin. Hazırladığınız sarımsaqlı sousu filelərin üzərinə və kəsiklərin arasına yaxşıca yaxın. Filenin kəsiklərinə bir dilim pendir,pomidor və bibər yerləşdirin.Bu qaydayla bütün fileləri doldurun. Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 30-35 dəqiqə bişirin. Bişən ləziz yeməyi süfrəyə verdikdə üzərinə xırda doğranmış göyərti səpə bilərsiniz.


NUŞ OLSUN😋.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz