Qızarmış Alma Dilimi Resepti
Yemək Haqqında:
Türkiyə mətbəxindən Desert resepti.
Qızarmış alma dilimləri, soyuq qış günləri üçün əla bir desertdir. Həm asan hazırlanır, həm də ləzzətlidir. Sizdə meyvəli desert sevirsinizsə,elə indicə mətbəxə keçib hazırlaya bilərsiniz.

NEÇƏ NƏFƏR ÜÇÜN
2 nəfərlikHAZIRLIQ VAXTI
15 dəqiqəBİŞİRMƏ MÜDDƏTİ
10 dəqiqəTərkibi:
2 ədəd alma1 stəkan un
1 çay qaşığı şəkər tozu
1/2 stəkan süd
1/2 çay qaşığı qabartma tozu
1/2 çay qaşığı duz
1/2 stəkan qəhvəyi şəkər tozu
1/2 çay qaşığı darçın
Qızartmaq üçün:
3 stəkan bitki yağı
Hazırlanma qaydası:
Dərin bir qabda yumurta və südü çırpın. Üzərinə qabartma tozu, duz və unu əlavə edib çırpmağa davam edin.
Almaları dilimləyin və orta hissəsini çıxarıb 2-3 sm qalınlığında halqa şəklində doğrayın.
Alma dilimlərini hazırladığınız qarışığa bulayıb qızğın yağda hər iki tərəfini qızardın. Qızaran alma dilimlərini artıq yağını çəkməsi üçün kağız dəsmalın üzərinə qoyun.
Bir qabda qəhvəyi şəkər tozu və darçını qarışdırıb ,qızardılmış alma dilimlərini bulayıb isti-isti süfrəyə verə bilərsiniz.
NUŞ OLSUN😋.

Şərhlər 0
Şərh Yaz