Azərbaycancaaz
Mir.az » Resept » Fərqli Dad: Heyva Dolması Resepti

Fərqli Dad: Heyva Dolması Resepti

25
asan resept,asan yemək resept,sadə resept
645 calories, 6 grams fat
Fərqli Dad: Heyva Dolması Resepti

Yemək Haqqında:

Azərbaycan mətbəxindən Yemək resepti.
Milli mədəniyyətimizin daşıyıcılarından biri olan Naxçıvan mətbəxi bir-birindən ləziz təamlarla zəngindir. Mir.az Naxçıvan mətbəxinə məxsus qoyun ətindən heyva dolmasının reseptini təqdim edir.

NEÇƏ NƏFƏR ÜÇÜN

6 nəfərlik

HAZIRLIQ VAXTI

30 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

45 dəqiqə

Tərkibi:

  • 200 qr qoyun əti
  • 1 ədəd soğan
  • 100 qr keşniş
  • 1 çay qaşığı duz
  • 1 çay qaşığı istiot
  • 1/2 çay qaşığı sarıçiçək
  • 6 ədəd heyva

Hazırlanma qaydası:

İlk öncə heyvanı yaxşıca yuyub ( zövqə görə qabığını soya bilərsiniz )iç hissəsini çıxarın.
Əti, soğanı ət maşınından və ya blenderdən keçirin. Bir qabda çəkilmiş qoyun əti və soğanı qarışdırın. Üzərinə xırda doğranmış keşniş, duz, istiot və sarıçiçək töküb qarışdırmağa davam edin. Hazırladığınız içliyi heyvaların içərisinə doldurun . Əvvəlcədən 250 dərəcə qızdırılmış sobada heyva yumşalanadək bişirin.

NUŞ OLSUN😋.



Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz