Bu Dəfə Heyva ilə : Qiyməli Heyva Dolması Resepti
Yemək Haqqında:
Türkiyə mətbəxindən Dolma resepti.
Axşam yeməyindən sonra desert üçün heyva deserti yeyə bilərsiniz. İndi isə Mir.az qiyməli heyva dolması reseptini təqdim edir.

NEÇƏ NƏFƏR ÜÇÜN
6 nəfərlikHAZIRLIQ VAXTI
30 dəqiqəBİŞİRMƏ MÜDDƏTİ
45 dəqiqəTərkibi:
6 ədəd orta ölçü heyva1 ədəd orta soğan
200 qram az yağlı mal əti qiyməsi
3 xörək qaşığı zeytun yağı
1 çay fincanı düyü
1 ədəd orta ölçü limon
1/4 dəstə doğranmış cəfəri
2 stəkan isti su
2 xörək qaşığı üzüm bəkməzi
1 çay qaşığı duz
1/2 çay qaşığı qara istiot
Hazırlanma qaydası:
Gövdəsini kəsdiyiniz heyvaların içini oyub çıxarın və uclarını oyma ilə qapaq şəklində kəsin. (Alt hissəsini deşməmək üçün diqqətli olun. )
Heyvaları təzə sıxılmış limon suyu əlavə etdiyiniz suya salın ki, qaralmasın.
Qiyməli içliyi hazırlamaq üçün soğanı xırda-xırda doğrayın.
Bol suda yuduğunuz düyünü süzün.
Bir qaba qiymə ,düyü, doğranmış soğan, cəfəri, zeytun yağı, duz, istiot ( zövqə görə digər ədviyyatlar ) və kimyon əlavə edib qarışdırın.
Limonlu sudakı heyvanın artıq suyunu süzün və soba qabına qoyub içərilərini hazırladığınız qiyməli içliklə doldurun.
Qaynar suyu üzüm bəkməzi ilə qarışdırın ( zövqə görə tomat pastası da əlavə edə bilərsiniz ) və kənarından soba qabına töküb heyvaları əvvəlcədən isidilmiş sobada ( və ya ocaqda ) 180-200 dərəcə 30 dəqiqə bişirin.
Bişdikdən sonra şüyüdlə bəzəyib isti halda sevdiklərinizlə bölüşün.
NUŞ OLSUN😋.

Şərhlər 0
Şərh Yaz