Bu Dəfə Xırçıldayan Çörəkdə : Jülyen Resepti
Yemək Haqqında:
Türkiyə mətbəxindən Qəlyanaltı resepti.
Çörəkdə julyen adi julyendən heç fərlənmir. Yeganə fərq odur ki, qəlibi yeyilir və çox dadlıdır. Bu dadlı yeməyi, qəlyanaltını həftəsonu və ya qəfil gələn qonağınız üçün tez hazırlaya bilərsiniz. Mir.az xırçıldayan çörəklərdə zərif julyen reseptini təqdim edir.

NEÇƏ NƏFƏR ÜÇÜN
2 nəfərlikHAZIRLIQ VAXTI
20 dəqiqəBİŞİRMƏ MÜDDƏTİ
15 dəqiqəTərkibi:
2 ədəd çörək (hamburger bulkası)5 ədəd göbələk
1 ədəd toyuq filesi
Beşamel sousu üçün:
400 ml süd
4 xörək qaşığı un
30 qr kərə yağı
1/2 çay qaşığı duz
1/2 çay qaşığı istiot
Üzəri üçün:
100 qr holland pendiri
Hazırlanma qaydası:
İlk öncə toyuq filesini və göbələyi xırda kub şəklində doğrayın.
Pendiri sürtgəcdən keçirin.
Tavada az yağda fileni qovurun.
Göbələkləri də ayrıca yağda qovurun.
Beşamel sousu hazırlayın.
Südü qızdırıb üzərinə qaşıq-qaşıq un əlavə edin və tel çırpıcıyla qarışdırın. Sonda kərə yağı, duz və istiot əlavə edin. Sous hazırdır.
Bulkaların üstünü qapaq kimi kəsib içini çıxarın və içərisinə sous yaxıb toyuq filesi ilə doldurun. Duz, istiot vurun və sous tökün. Üzərinə göbələk və ardı ilə yenə sous tökün. Ən üstə pendir töküb əvvəlcədən 190 dərəcə qızdırılmış sobada 15 dəqiqə bişirin.
NUŞ OLSUN😋.

Şərhlər 0
Şərh Yaz