Azərbaycancaaz
Mir.az » Resept » Naxçıvan Mətbəxindən : Ballı Qayğanaq Resepti

Naxçıvan Mətbəxindən : Ballı Qayğanaq Resepti

221
asan resept,asan yemək resept,sadə resept
1210 calories, 12 grams fat
Naxçıvan Mətbəxindən : Ballı Qayğanaq Resepti

Yemək Haqqında:

Azərbaycan mətbəxindən Qəlyanaltı resepti.
Naxçıvan mətbəxinin əvəzolunmaz yeməklərindən biri də ballı qayğanaqdır. Mir.az Ordubad mətbəxinin ballı qayğanaq reseptini təqdim edir.

NEÇƏ NƏFƏR ÜÇÜN

12 nəfərlik

HAZIRLIQ VAXTI

20 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

10 dəqiqə

Tərkibi:

Tərkibi:

1 kq və ya 1,5 kq ərinmiş kərə yağı
12 ədəd yumurta
1 çay qaşığı un
1 çimdik duz
Şərbəti üçün:

3-4 qaşıq bal və ya 10 qaşıq şəkər tozu
1 stəkan su
Hazırlanma qaydası:

Hazırlanma qaydası:

Əvvəlcə 12 ədəd yumurtanı ağaranadək çırpın. Üzərinə 1 çimdik duz və 1 çay qaşığı un əlavə edib çırpmağa davam edin.
Zəif ocaqda orta ölçülü qazanda yağı dağ edin. Dağ olmuş yağın yarısını ayırıb başqa bir kiçik qazana tökün və isti qalması üçün ocağın üstünə qoyun. Əsas qazanda yağ dağ olduqda yumurtanı oxlovla qarışdıraraq üzərinə əlavə edin və kiçik qazanda olan yağdan az-az üzərinə gəzdirin. Yağ əlavə edildikcə qayğanaq şişir və qızarır. Daha sonra onu tərs üzünə çevirərək proseduru təkrarlayın.
Bişən qayğanağı qazandan götürüb boşqaba qoyun və soyudun.
Şərbəti hazırlamaq üçün suyun üzərinə bal və ya şəkər tozu əlavə edib bir qazançada qatılaşanadək qaynadın və soyudun. Bişən və soyuyan qayğanağın üzərinə şərbət əlavə edin.

NUŞ OLSUN😋.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz