Azərbaycancaaz
Mir.az » Resept » Səhər Yeməyi Üçün İdeal : Pendirli Vafli Resepti

Səhər Yeməyi Üçün İdeal : Pendirli Vafli Resepti

49
asan resept,asan yemək resept,sadə resept
17 calories, 1 grams fat
Səhər Yeməyi Üçün İdeal : Pendirli Vafli Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Səhər yeməyi resepti.
Pendir dadı ilə vafli reseptini sınayın. Bu inanılmaz ləzzətli vafli səhər yeməyi süfrəsində ailənizin sevəcəyi bir dad olacaq. Mir.az pendirli vaflinin reseptini təqdim edir.

NEÇƏ NƏFƏR ÜÇÜN

1 nəfərlik

HAZIRLIQ VAXTI

10 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

7 dəqiqə

Tərkibi:

2 ədəd yumurta
150 qr xama
25 qr kərə yağı
2 çay qaşığı şəkər tozu
1/2 çay qaşığı duz
1/3 çay qaşığı sarımsaq tozu
2/3 çay qaşığı qabartma tozu
160 qr un
100 qr yarımbərk pendir
10 qr kiçik cəfəri dəstəsi

Hazırlanma qaydası:

Bir qabda yumurta, xama, şəkər tozu, duz, sarımsaq tozu və əridilmiş kərə yağını tel çırpıcıyla qarışdırın. Üzərinə rəndələnmiş pendir və xırda doğranmış cəfəri əlavə edib qarışdırmağa davam edin. Qarışdırdığınız kütlənin üzərinə ələnmiş un və qabartma tozu əlavə edib son dəfə qarışdırın.
Vafli aparatını qızdırın və xəmiri yerləşdirib bağlayın və üzəri qızıl qəhvəyi rəng olana qədər ,təxminən 5-7 dəqiqə bişirin (vafli aparatından asılı olaraq). Bişən vafliləri süfrəyə verə bilərsiniz.

NUŞ OLSUN😋.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz