Cənub Bölgəsindən : Bol Vitaminli Tərə Resepti
Yemək Haqqında:
Azərbaycan mətbəxindən Yemək resepti.
Azərbaycanın milli yeməklərindən biri də göyərti yeməyi “Tərə”dir. Əsasən Azərbaycanın cənub bölgələrində – bütün il boyunca təzə göyərtilərin yetişdiyi Masallı, Lənkəran, Astara, Lerikdə hazırlanır. Tərə, vitamin baxımından zəngin bir yeməkdir. Həm də yaz-yay yeməyidir, çünki göyərti ilin bu vaxtında ən təzədir. Mir.az bu dadlı və faydalı yeməyin reseptini təqdim edir.

NEÇƏ NƏFƏR ÜÇÜN
2 nəfərlikHAZIRLIQ VAXTI
15 dəqiqəBİŞİRMƏ MÜDDƏTİ
30 dəqiqəTərkibi:
150 qr yumru düyü3 dəstə ispanaq
3 dəstə keşniş
4 xörək qaşığı kərə yağı
6 ədəd alça
3-4 diş sarımsaq
2-3 ədəd yumurta
1 çay qaşığı duz
1 çay qaçşığı istiot
1/3 çay qaşığı sarıkök
1 kasa qatıq
Hazırlanma qaydası:
Geniş bir qazanda 3 stəkan suyu qaynadın. Qaynayan suya yaxşı yuyulmuş düyünü töküb bişirin.
Göyərtiləri yuyub doğrayın.
Sarımsağı xırda doğrayın.
Suyu çəkilmiş düyünün üzərinə doğranmış göyərti və sarımsağı əlavə edin. 10-15 dəqiqədən sonra qazana kərə yağı, alça, duz, istiot və sarıkök əlavə edib ehtiyyatla qarışdırın.
Yumurtaları ayrı bir qabda çırpıb yeməyin üzərinə tökün və qazanın qapağını örtüb yumurtalar bişənə qədər zəif ocaqda bişirin. Bişən dadlı yeməyi süfrəyə qatıqla birlikdə verə bilərsiniz.
NUŞ OLSUN😋.

Şərhlər 0
Şərh Yaz