Azərbaycancaaz
Mir.az » Resept » Özbəkistan Mətbəxindən : Buxara Salat Resepti

Özbəkistan Mətbəxindən : Buxara Salat Resepti

23
asan resept,asan yemək resept,sadə resept
5 calories, 5 grams fat
Özbəkistan Mətbəxindən : Buxara Salat Resepti

Yemək Haqqında:

Özbəkistan mətbəxindən Salat resepti.
Qızardılmış badımcan, pomidor və bibər ilə dadlı, iştahaçan salat hazırlamağı təklif edirik. Bu asan hazırlanan salat ət yeməyi üçün soyuq bir qəlyanaltı kimi təqdim edilə bilər. Mir.az Özbək mətbəxinin “Buxara” salatının reseptini təqdim edir.

NEÇƏ NƏFƏR ÜÇÜN

5 nəfərlik

HAZIRLIQ VAXTI

30 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ


Tərkibi:

600 qr rəngli bolqar bibəri
600 qr badımcan
250 qr pomidor
150 qr qırmızı soğan
3 diş sarımsaq
Bir neçə budaq keşniş, yaşıl soğan
50 ml 10%-lik uksus
500 ml soyuq su
300-400 ml bitki yağı

Hazırlanma qaydası:

Əvvəlcə bibərləri və qırmızı soğanı halqa formasında doğrayın.
Pomidor və badımcanları iri,sarımsaq və göyərtiləri isə xırda doğrayın.
Dərin bir qaba qırmızı soğan, bolqar bibərləri və pomidorları tökün və üzərinə uksus, su və zövqə görə duz əlavə edib 15-20 dəqiqə marinə olması üçün kənarda saxlayın.
Doğranmış badımcanları bitki yağında bişirin. Daha sonra bişmiş badımcanları başqa qaba qoyub üzərinə xırda doğranmış göyərti və sarımsaq əlavə edib qarışdırın.
Üzərinə uksuslu su tökülmüş ,marinə olunmuş tərəvəzləri əlavə edib qarışdırın və süfrəyə verin.

NUŞ OLSUN😋.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz