Süfrələr Şənlənsin : Souslu Biftek Resepti
Yemək Haqqında:
Türkiyə mətbəxindən Yeməj resepti.
Ləzzətli souslu,ən zərif biftek bişirməyə hazırsız? Söhbət əvvəllər dadına baxmadığınız bol souslu dadlı biftekdən gedir.Gələk ət bişirməyin fəndlərinə. Vaxtınız olsa, əti 1-2 saat əvvəldən qazlı su, zeytun yağı, sarımsaq və soğan sousunda saxlayın. .
Tavanızı qızdırın və yağı əlavə edib ətlərinizi möhürləyin. Bu möhürləmə nədir? Ən qısa və asan yolla ətin ləzzətli şirəsini içində saxlamaq, tutmaq.
Mir.az souslu biftek reseptini təqdim edir.

NEÇƏ NƏFƏR ÜÇÜN
3 nəfərlikHAZIRLIQ VAXTI
15 dəqiqəBİŞİRMƏ MÜDDƏTİ
35 dəqiqəTərkibi:
3 ədəd qabırğa ( antrikot )(hər biri 2-3 sm qalınlığında kəsilir)3 xörək qaşığı maye yağ
2 ədəd soğan
1 çay qaşığı qara istiot
1 çay qaşığı duz
1 çay qaşığı kəklikotu
4 xörək qaşığı tomat pastası
1.5 stəkan ilıq su
3 diş sarımsaq
Hazırlanma qaydası:
Güclü odda qızdırdığınız çuğun tavanı orta oda gətirərək qabırğaların hər iki tərəfini qızardın.Hər bir üzünü ən azı 3-4 dəqiqə bişirmək lazımdır.
Bişdikdən sonra ocaqdan götürün.
Başqa bir qazana yağ tökün və üzərinə bişirdiyiniz qabırğaları və soyulmuş və iri doğranmış soğanı əlavə edin.
Sonra ədviyyatları və tomat pastasını 1/2 stəkan su ilə açaraq ətin üzərinə tökün.
Dilimlənmiş sarımsağı əlavə edib, üzərinə qalan suyu töküb qapağı bağlayın. Əvvəlcə orta odda 10 dəqiqə bişirin, sonra zəif oda qoyub suyu çəkilənə qədər bişirməyə davam edin.
Qabırğaları boşqaba qoyduqdan sonra qazanda qalan sousu üzərinə töküb süfrəyə verin.
NUŞ OLSUN😋.

Şərhlər 0
Şərh Yaz