Azərbaycancaaz
Mir.az » Resept » Türkiyə Mətbəxindən : Məşhur Mərcimək Şorbası Resepti

Türkiyə Mətbəxindən : Məşhur Mərcimək Şorbası Resepti

1 183
asan resept,asan yemək resept,sadə resept
630 calories, 6 grams fat
Türkiyə Mətbəxindən : Məşhur Mərcimək Şorbası Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Şorba resepti.
Bəzi xəstəliklər gündəlik həyatda qidalanmamıza təsir edir. Şəkərli diabet xəstələri də yeməklərindən düzgün istifadə etməklə qan şəkərini tarazlaşdıra bilərlər. Tam şəfa mənbəyi olan zərdəçal (sarıkök) və darçın diabet xəstələri üçün xilasedicidir. Bu iki müalicə mənbəyi ilə diabet şorbası hazırlaya bilərsiniz. Mir.az şəkər xəstələri üçün xüsusi müalicəvi şorbanın reseptini

NEÇƏ NƏFƏR ÜÇÜN

6 nəfərlik

HAZIRLIQ VAXTI

10 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

30 dəqiqə

Tərkibi:

1 stəkan qırmızı mərcimək
1 ədəd yerkökü
2 ədəd soğan
1 xörək qaşığı zeytun yağı
1 çay qaşığı zərdaçal tozu (sarıkök)
1/2 çay qaşığı darçın tozu
1 çay qaşığı qırmızı bibər tozu
1/2 çay qaşığı nanə qurusu
1.5 çay qaşığı duz

Hazırlanma qaydası:

Soğan və yerkökünü doğrayın.
Qazana doğranmış yerkökü, soğan və yuyulmuş mərciməyi tökün. Üzərinə üstünü örtəcək qədər su əlavə edin və aşağı istilikdə qaynadın.
Qaynadılmış inqrediyentləri blenderin köməyi ilə əzib ədviyyatları əlavə edin. Zəif ocaqda bir neçə dəqiqə daha bişdikdən sonra 2 xörək qaşığı zeytun yağı əlavə edib yenidən qarışdırın.
Hazır şorbanı isti halda süfrəyə verin.
Zövqə görə üzərinə limon sıxa bilərsiniz.


NUŞ OLSUN😋.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz