Sobada Bişən Ləzzət : Soba Paketində Düyülü Toyuq Resepti
Yemək Haqqında:
Türkiyə mətbəxindən Yemək resepti.
Mətbəxdə daha az səylə daha çox dad axtaranlar soba paketində zəhmət çəkmədən toyuqlu plov hazırlaya bilər. Mir.az ləziz və zəhmətsiz soba paketində toyuqlu plovun reseptini təqdim edir.

NEÇƏ NƏFƏR ÜÇÜN
6 nəfərlikHAZIRLIQ VAXTI
15 dəqiqəBİŞİRMƏ MÜDDƏTİ
40 dəqiqəTərkibi:
6 ədəd toyuq budu1 çay qaşığı duz
1 çay qaşığı nanə qurusu
1 çay qaşığı qırmızı bibər tozu
1/2 çay qaşığı istiot
3 diş sarımsaq
4 xörək qaşığı zeytun yağı
1 stəkan düyü
1 stəkan ilıq su
Hazırlanma qaydası:
Əvvəlcə düyünü nişatsası gedənə qədər yaxşıca yuyub süzün.
Sarımsaqların qabığını soyun.
Soba paketinin içərisinə toyuq budlarını, nanə qurusu, duz, istiot, qırmızı bibər tozu, sarımsaq və zeytun yağını töküb paketi bağlayın. Paketi çalxalayın ki, ətlər ədviyyatlarla qarışsın. Daha sonra paketin içərisinə süzülmüş düyü və ilıq su əlavə edib yaxşıca bağlayın. Toyuqlu soba paketini soba sinisinə yerləşdirib əvvəlcədən 180 dərəcə qızdırılmış sobada təxminən 30-40 dəqiqə toyuqlar qızarana qədər bişirin.
Bişən yeməyi dəmlənməsi üçün 10 dəqiqə kənarda saxlayın.
Daha sonra soba paketini açıb yeməyi servis edə bilərsiniz.
NUŞ OLSUN😋.

Şərhlər 0
Şərh Yaz