Azərbaycancaaz
Mir.az » Resept » 5 Dəqiqədə Süfrədə : Dondurmalı Desert Resepti

5 Dəqiqədə Süfrədə : Dondurmalı Desert Resepti

26
asan resept,asan yemək resept,sadə resept
22 calories, 2 grams fat
5 Dəqiqədə Süfrədə : Dondurmalı Desert Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Desert resepti.
Elə vaxtlar olur ki, sadəcə 5 dəqiqənizi ayıraraq asan və dadlı bir desert hazırlamaq istəyirsiniz. Belə anlarda köməyinizə çatacaq ən dadlı və enerji verən desertlərdən birini sizə təqdim edirik.

NEÇƏ NƏFƏR ÜÇÜN

2 nəfərlik

HAZIRLIQ VAXTI

10 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

2 dəqiqə

Tərkibi:

2 xörək qaşığı un
1 ,5 xörək qaşığı şəkər tozu
1/2 çay qaşığı qabartma tozu
1 xörək qaşığı kakao
1/2 stəkan süd
2 xörək qaşığı maye yağ
1 xörək qaşığı fıstıq əzməsi

Üzəri üçün:
1 qaşıq dondurma

Hazırlanma qaydası:

Geniş bir fincana un, şəkər tozu , qabartma tozu və kakao töküb qarışdırın. Üzərinə süd və maye yağ töküb qarışdırmağa davam edin. Fıstıq əzməsini də əlavə edib yüngülcə xəmirə batırın. Fincanı mikrodalğalı sobaya yerləşdirin və deserti sobanın ən yüksək rejimində 2 dəqiqə bişirin. Bişmiş desertin üzərinə bir qaşıq dondurma qoyub süfrəyə verə bilərsiniz.
Bu desertə istəyə görə şokolad, çərəz və meyvə dilimləri də əlavə edə bilərsiniz.

NUŞ OLSUN😋.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz