Azərbaycancaaz
Mir.az » Resept » Tam Bir Rafaello: Toyuq Filesindən Rafaello Salatı Resepti

Tam Bir Rafaello: Toyuq Filesindən Rafaello Salatı Resepti

23
asan resept,asan yemək resept,sadə resept
1625 calories, 16 grams fat
Tam Bir Rafaello: Toyuq Filesindən Rafaello Salatı Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Qəlyanaltı resepti.
Hər bir bayram və ya ziyafət süfrəsi üçün cəmi 4 məhsulla salat hazırlaya bilərsiniz. Mir.az Rafaello salatının reseptini təqdim edir.

NEÇƏ NƏFƏR ÜÇÜN

16 nəfərlik

HAZIRLIQ VAXTI

10 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

25 dəqiqə

Tərkibi:

  • 300 qr toyuq filesi
  • 200 qr qoz ləpəsi
  • 150 qr holland pendiri
  • 4-5 xörək qaşığı mayonez
  • 1 çay qaşığı duz
  • 1 çay qaşığı istiot

  • Üzəri üçün :
  • Qoz ləpəsi
  • Küncüt
  • Şüyüd

Hazırlanma qaydası:

Əvvəlcə toyuq filesini suda bişirin və xırda kub formasında doğrayın. Üzərinə xırdalanmış qoz ləpəsi,sürtgəcdən keçilmiş holland pendiri ,duz, istiot və mayonez əlavə edib qarışdırın.Hazırladığınız kütlədən əlinizlə yumurulayıb forma verin və qoz ləpəsi və ya küncütə bulayın. Bu qaydayla kütlə qurtarana qədər hazırlayıb servis boşqabına yerləşdirin. Salat hazırdır!

NUŞ OLSUN😋.



Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz