Ətri Limondan : Dadına Doyum Olmayan Limonlu Plov Resepti
Yemək Haqqında:
Türkiyə mətbəxindən Yemək resepti.
Plov yeməklərin əvəzsiz tamamlayıcısıdır. Bu reseptdə düyü ilə bir araya gələn limon fərqli ətir və dad qatmaqla yanaşı, plovunuzun parlaq görünməsini təmin edəcək. Mir.az nahar süfrəsi üçün limonlu plov reseptini təqdim edir.

NEÇƏ NƏFƏR ÜÇÜN
4 nəfərlikHAZIRLIQ VAXTI
30 dəqiqəBİŞİRMƏ MÜDDƏTİ
35 dəqiqəTərkibi:
2 stəkan yumru düyü1 litr qaynadılmış su
2 xörək qaşığı duz
2 yarım stəkan su
2 xörək qaşığı zeytun yağı
1 ədəd limonun qabığı
Hazırlanma qaydası:
Əvvəlcə düyünü yaxşıca yuyub 20 dəqiqə qaynar suda isladıb süzün.
Zeytun yağını tavada bir az qızdırdıqdan sonra düyünü əlavə edib bir neçə dəqiqə qovurun. Üzərinə su, duz, istiot və 1 ədəd limonun suyunu əlavə edib qarışdırın. Qazanın qapağını bağlayıb aşağı istilikdə bişirin. Düyü yumşalıb bişdikdə ocağı söndürün.
Düyüyə sürtgəcin xırda gözündən keçirilmiş limon qabıqlarını əlavə edib qarışdırın və qapağı örtün. Dəmlənmiş plovu süfrəyə verə bilərsiniz.
NUŞ OLSUN😋.

Şərhlər 0
Şərh Yaz