Üzəri Xırtıldayan İçi Yumşaq: Pendirli Lokma Resepti
Yemək Haqqında:
Türkiyə mətbəxindən Qəlyanaltı resepti.
Səhər yeməyində eyni şeyləri yeməkdən yorulmusunuzsa yeni ləzzətlər kəşf edin! Səhər yeməyi süfrənizi zənginləşdirmək üçün üstü xırçıldayan, içi yumşaq, pendirli lokmaları hazırlaya bilərsiniz.
Səhər yeməyində eyni şeyləri yeməkdən yorulmusunuzsa yeni ləzzətlər kəşf edin! Səhər yeməyi süfrənizi zənginləşdirmək üçün üstü xırçıldayan, içi yumşaq, pendirli lokmaları hazırlaya bilərsiniz.
NEÇƏ NƏFƏR ÜÇÜN
12 nəfərlikHAZIRLIQ VAXTI
10 dəqiqəBİŞİRMƏ MÜDDƏTİ
15 dəqiqəTərkibi:
3 ədəd yumurta3 xörək qaşığı qaymaqsız qatıq
1 stəkan sürtgəcdən keçilmiş pendir
1/2 stəkan duru yağ
3-4 budaq doğranmış cəfəri və ya şüyüd
1 paket qabartma tozu
2 çay qaşığı duz
1/2 çay qaşığı qırmızı bibər tozu
1 çimdik istiot
1 kiçik diş sürtgəcdən keçilmiş sarımsaq
1 çay qaşığı sirkə
2-2,5 stəkan un
Hazırlanma qaydası:
Əvvəlcə yumurtaları çırpıb üzərinə qatıq, sürtgəcdən keçilmiş pendir, duru yağ, doğranmış cəfəri və ya şüyüd, qabartma tozu, duz, bibər tozu, istiot və rəndələnmiş sarımsaq əlavə edib qarışdırın. Unu da hissə-hissə əlavə edib qarışdırmağa davam edin.
Tavaya bol yağ töküb qızdırın. Hazırladığınız xəmirdən bir desert qaşığı götürüb qızdırılan yağda qızardın.
Bu qaydayla xəmir bitənə qədər lokmaları qızardın.
Lokmalar hazır olduqdan sonra süfrəyə verə bilərsiniz.
NUŞ OLSUN😋.

Şərhlər 0
Şərh Yaz