Azərbaycancaaz
Mir.az » Resept » Hər Zaman Ən Sevilən : Kokoslu Pudinq Resepti

Hər Zaman Ən Sevilən : Kokoslu Pudinq Resepti

34
asan resept,asan yemək resept,sadə resept
210 calories, 2 grams fat
Hər Zaman Ən Sevilən : Kokoslu Pudinq Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Desert resepti.
Kokoslu pudinq, yaxınlarınızı və qonaqlarınızı mütləq sevindirəcək ekzotik dada və qeyri-adi quruluşa malik zərif desertdir. Kiçik bir ailəvi qonaqlıq və ya axşam çay süfrəsi üçün hazırlana bilər. Hələ də hazırlamamısınızsa , buyurub hazırlaya bilərsiniz.

NEÇƏ NƏFƏR ÜÇÜN

2 nəfərlik

HAZIRLIQ VAXTI

15 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

10 dəqiqə

Tərkibi:

350 ml kokos südü ( və ya inək südü)
3 ədəd yumurta sarısı
1,5 çay qaşığı kokos unu
2 xörək qaşığı kokos qırıntısı
60 qr buğda unu
60 qr şəkər tozu
5 qr vanil

Hazırlanma qaydası:

Qazana buğda unu və soyuq südü töküb tel çırpıcıyla topaq qalmayacaq şəkildə yaxşıca qarışdırın.
Başqa bir qabda ağından ayrılmış yumurta sarısı, şəkər tozu və vanili qarışdırın. Yumurtalı kütləni qazana südlü kütlənin üzərinə əlavə edin. Davamlı olaraq aşağı istilikdə qarışdıraraq qaynadın. (Qaynayan kütlə qatı xama kimi olmalıdır. )Kokos qırıntısı və kokos ununu əlavə edib yaxşıca qarışdırın.
Pudinqi ocaqdan götürüb üzərini streç sellofanla örtüb (qaysaqlanmasın deyə pudinqə təmas edərək yapışdırın) soyuması üçün qazanı kənara qoyun. Daha sonra blenderlə çırpın və pudinq bakallarına bölüşdürün.
Desertin üzərini zövqə görə rəngli kokos qırıntısı səpib zefirlə bəzəyə bilərsiniz.


NUŞ OLSUN😋.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz