Azərbaycancaaz
Mir.az » Resept » Axşamın Yeməyi Hazır: Türk Mətbəxindən Sultan Kababı Resepti

Axşamın Yeməyi Hazır: Türk Mətbəxindən Sultan Kababı Resepti

441
asan resept,asan yemək resept,sadə resept
430 calories, 4 grams fat
Axşamın Yeməyi Hazır: Türk Mətbəxindən Sultan Kababı Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Kabab resepti.
“Axşama nə bişirim?” dediyiniz günlərdə asan və ləzzətli Sultan kababı hazırlaya bilərsiniz. Sultan kababı tərəvəz, qırmızı ət və ya toyuqla doldurularaq sobada nar kimi qızardılan yeməkdir. Ləzzətli süfrənizdə bu iştahaaçan görüntüdən həzz almağınızı istəyirsinizsə türk mətbəxinin ləziz Sultan kababını bişirin.

NEÇƏ NƏFƏR ÜÇÜN

4 nəfərlik

HAZIRLIQ VAXTI

30 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

30 dəqiqə

Tərkibi:

300 qr dana əti
2 ədəd kartof
2 ədəd yerkökü
1 ədəd soğan
4 ədəd pomidor
1 ədəd bibər
2 xörək qaşığı kərə yağı
1 çay qaşığı duz
1 çay qaşığı istiot
1 ədəd lavaş

Sousu üçün:
2 xörək qaşığı kərə yağı
2 xörək qaşığı un
2 stəkan süd
1/2 çay qaşığı duz
1/2 çay qaşığı istiot
1/2 stəkan sürtgəcdən keçilmiş holland pendiri

Hazırlanma qaydası:

Əvvəlcə tavaya yağ əlavə edib kiçik kub formasında doğranmış mal ətini çox qurutmadan tavanın qapağı örtülü şəkildə bişirin. Daha sonra soğanı əlavə edib qarışdırın. Duz, istiot, kiçik kub formasında doğranmış kartof və yerkökü də əlavə edib qapağını örtün. Bir az daha bişdikdən sonra pomidoru əlavə edin.
Lavaşı 4-ə bölüb bir boş kasanın içinə yerləşdirib ətli içliklə doldurun və kənarlarını örtüb soba sinisinə yerləşdirin. Bu qaydayla içlik bitənə qədər lavaşları doldurun.
Sousu hazırlamaq üçün kiçik bir qazançada unu yağda qovurun. Üzərinə süd, duz və istiot əlavə edib qarışdırın. Bükülən lavaşların üzərinə sousdan töküb sürtgəcdən keçirilmiş holland pendiri əlavə edin. Əvvəlcədən 190 dərəcə qızdırılmış sobada üzəri qızaranadək 15 dəqiqə bişirin.


NUŞ OLSUN😋.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz