Azərbaycancaaz
Mir.az » Resept » Bu Dəfə Toyuq Əti ilə : Kələm Dolması Resepti

Bu Dəfə Toyuq Əti ilə : Kələm Dolması Resepti

58
asan resept,asan yemək resept,sadə resept
450 calories, 4 grams fat
Bu Dəfə Toyuq Əti ilə : Kələm Dolması Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Yemək resepti.
Hazırlanması həm asan, həm də ləzzətli olan toyuq ətli kələm dolmasının reseptini öyrəndikdən sonra hər zaman hazırlamaq istəyəcəksiniz.

NEÇƏ NƏFƏR ÜÇÜN

4 nəfərlik

HAZIRLIQ VAXTI

40 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

50 dəqiqə

Tərkibi:

1 ədəd böyük kələm
2 ədəd orta soğan
3 çay qaşığı düyü
2 ədəd toyuq filesi (qiymə)
1 xörək qaşığı bibər tomatı
1 xörək qaşığı pomidor tomatı
1 çimdik doğranmış cəfəri
1 çimdik nanə
1/2 stəkan zeytun yağı
1 çay qaşığı duz
1 çay qaşığı istiot
Apardığı qədər su

Hazırlanma qaydası:

Əvvəlcə kələmi qaynar suda 5 dəqiqə bişirin. Soğanları sürtgəcdən keçirin, cəfəri və nanəni xırda doğrayın.
Dərin bir qaba ətçəkən maşından keçirilmiş toyuq filesi, soğan, yüyülmüş düyü, bibər və tomat pastası, doğranmış cəfəri və nanə, duz, istiot və zeytun yağını töküb qarışdırın. Bişmiş kələm yarpaqlarını fileli içliklə doldurub bükün. Bükdüyünüz kələm dolmalarını qazana yerləşdirin və açılmasın deyə üzərinə boşqab qoyun. Apardığı qədər su töküb orta ocaqda bişirin.
Hazır olduqdan sonra ürərinə zövqə görə yağda dağ olmuş pomidor püresi hazırlayıb tökə bilərsiniz.

NUŞ OLSUN😋.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz