Azərbaycancaaz
Mir.az » Resept » Dadı Damaqlarda Qalan Peçenye Resepti

Dadı Damaqlarda Qalan Peçenye Resepti

24
asan resept,asan yemək resept,sadə resept
1530 calories, 15 grams fat
Dadı Damaqlarda Qalan Peçenye Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Şirniyyat resepti.
Bu həm görüntüsü, həm də dadı ilə çay süfrəsinin ən fərqli resetlərindən biri olacaq.

NEÇƏ NƏFƏR ÜÇÜN

15 nəfərlik

HAZIRLIQ VAXTI

20 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

30 dəqiqə

Tərkibi:

  • 200 qr kərə yağı
  • 1 stəkan duru yağ
  • 1 ədəd yumurta
  • 1 stəkan şəkər kirşanı
  • 1 stəkan nişasta
  • 3,5 -4 stəkan un
  • 1/2 paket qabartma tozu
  • 2 paket vanil

  • Üzəri üçün:
  • 150 qr əridilmiş ağ şokolad
  • 1 çay qaşığı yaşıl fıstıq ləpəsi
  • 1 çimdik yeyilən qurudulmuş gül ləçəyi

Hazırlanma qaydası:

Bir qabda otaq temperaturunda yumşaldılmış kərə yağını, bitki yağı və yumurtanı qarışdırın. Üzərinə şəkər kirşanı, vanil, qabartma tozu və nişastanı da əlavə edib qarışdırmağa davam edin. Unu da hissə-hissə əlavə edib yumşaq, ələ yapışmayan xəmir yoğurun.
Xəmiri dəzgahın üzərində 1,5 sm qalınlığında yayıb xüsusi peçenye qəlibiylə və ya stəkanla formalar kəsin. Yağlı kağız sərdiyiniz soba sinisinə aralıqlarla düzüb orta hissəsini şüşə butulka qapağıyla ayırıb çıxarın və əvvəlcədən 180 dərəcə qızdırılmış sobada yüngül qızarana qədər bişirin.
Soyuyan peçenyelərin üzərinə əridilmiş ağ şokolad yaxıb gül qurusu və yaşıl fıstıq ləpəsiylə bəzəyə bilərsiniz.

NUŞ OLSUN😋.



Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz