Azərbaycancaaz
Mir.az » Resept » Xırt-Xırt : Ətli Pendirli Pidə Resepti

Xırt-Xırt : Ətli Pendirli Pidə Resepti

37
asan resept,asan yemək resept,sadə resept
845 calories, 8 grams fat
Xırt-Xırt : Ətli Pendirli Pidə Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Qəlyanaltı resepti.
Axşam yeməyində yeyə biləcəyiniz ləzzətli reseptimiz var! Ət və holland pendirli pide resepti ilə sevdiklərinizin mədəsində bayram əhval-ruhiyyəsi yaradın. Yanında bol köpüklü ayranla yaxşı gedər. Mətbəxə gedin və hazırlıqlara başlayın. İndidən sizə uğurlar.

NEÇƏ NƏFƏR ÜÇÜN

8 nəfərlik

HAZIRLIQ VAXTI

45 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

45 dəqiqə

Tərkibi:

Xəmir üçün:
3 stəkan isti süd
1/2 stəkan maye yağ
1 paket maya
2 xörək qaşığı şəkər tozu
1 xörək qaşığı duz
2,5 stəkan (apara bildiyi qədər)

İçi üçün:
750 qram doğranmış mal əti
3 ədəd pomidor
3 ədəd yaşıl bibər
3 ədəd soğan
3 diş sarımsaq
1/2 stəkan maye yağ
1 çay qaşığı duz
1 çay qaşığı qara istiot
1 çay qaşığı tomat pastası
1 stəkan sürtgəcdən keçilmiş holland pendiri

Hazırlanma qaydası:

Əvvəlcə əti qaynadın.
Pomidor, bibər, soğan və sarımsağı xırda doğrayıb qaynadılmış ətə əlavə edin və üzərinə yağ ,tomat pastası və ədviyyatları əlavə edib qarışdırın.
Südü isidib inqrediyentləri bir qaba əlavə edin və yumşaq xəmir yoğurun. Mayalanması üçün kənara qoyun.
Mayalanandan sonra pide şəklini verib içlik qoyun və kənarlarına yumurta sarısı çəkin. Əvvəlcədən isidilmiş sobaya qoyub 45 dəqiqə bişirin.
Bişməyə yaxın sürtgəcdən keçilmiş holland pendiri səpib bir az da bişirin.
Sobadan çıxardıqdan sonra kənarlarına kərə yağı çəkib süfrəyə verə bilərsiniz.

NUŞ OLSUN😋.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz