Ən Asan Məzə :Türk Mətbəxindən Kök Tarator Resepti
Yemək Haqqında:
Türkiyə mətbəxindən Qəlyanatlı resepti.
Bir neçə inqrediyentlə əla dad, buna deyilir. Kök taratoru az ərzaqla hazırlanan və bir neçə tərkib hissəsi və xüsusiyyətləri olan sadə, lakin cəlbedici məzədir. Amma o qədər dadlıdır ki, hər şeydən əvvəl süfrədə o bitir.Bu gizli, sevimli qəlyanaltının qurduğunuz süfrələrdə qonaq olmasını istəyirsinizsə, Mir.az resepti təqdim edir.

NEÇƏ NƏFƏR ÜÇÜN
4 nəfərlikHAZIRLIQ VAXTI
10 dəqiqəBİŞİRMƏ MÜDDƏTİ
3 dəqiqəTərkibi:
2 ədəd böyük ölçü kök5 xörək qaşığı qatıq
3 xörək qaşığı süzülmüş qatıq
1 diş sarımsaq (sürtgəcdən keçilmiş)
2 xörək qaşığı zeytun yağı
6 ədəd qoz ləpəsi
1 çay qaşığı duz
Hazırlanma qaydası:
Kökü sürtgəcdən keçirib tavaya tökün və bir az zeytun yağı ilə orta istilikdə 2-3 dəqiqə yumşalana qədər qızardın və bir tərəfdə soyumağa qoyun.
Qatıq, süzmə qatıq, kök,qoz ləpəsi, zeytun yağı, sarımsaq və duzu bir qaba töküb yaxşıca qarışdırın.
Qarışığı servis boşqabına qoyun və üzərinə zeytun yağı gəzdirib,təzə nanə ilə bəzəyib servis edin.
NUŞ OLSUN😋.

Şərhlər 0
Şərh Yaz