Güvəcdə Bişən Ləzzət : Qaymaqlı Toyuqlu Güvəc Resepti
Yemək Haqqında:
Türkiyə mətbəxindən Yemək resepti.
Mir.az qaymaqlı, toyuqlu güvəc reseptini təqdim edir. Əminik ki , hamı dadına heyran qalacaq. Və hər kəs sizdən nece hazırladığınızı soruşacaq.

NEÇƏ NƏFƏR ÜÇÜN
6 nəfərlikHAZIRLIQ VAXTI
15 dəqiqəBİŞİRMƏ MÜDDƏTİ
40 dəqiqəTərkibi:
750 qram toyuq filesi400 qram göbələk
2 ədəd qırmızı bibər
1 ədəd pomidor
1 xörək qaşığı bibər pastası
1/2 xörək qaşığı tomat pastası
1 ədəd soğan
6-7 diş sarımsaq
3 xörək qaşığı maye yağ
Ədviyyat ( zövqə görə)
Duz (zövqə görə)
Üzəri üçün;
1 qutu qaymaq (200 qram)
Holland pendiri (200 qram)
Hazırlanma qaydası:
Soğan, sarımsaq və qırmızı bibəri doğrayın və tavaya azca yağ əlavə edib qovurun.
Doğranmış toyuq filesini ayrı tavada qovurun.
Göbələkləri incə doğrayıb qaynadın və qaynadıqdan sonra suyunu süzüb toyuğa əlavə edib qovurun.
Bu qarışığı qovurduğunuz soğanların üzərinə əlavə edin və ədviyyat, tomat pastası töküb qovurmağa davam edin.
Son olaraq içinə doğranmış pomidoru əlavə edib pomidorlar yumşalana qədər bişirin və ocağı söndürün.
Güvəc qəliblərini hazır olan qarışımla doldurun və üzərinə bir qutu qaymağı bərabər şəkildə bölün.
Güvəcləri soba nimçəsinə düzün və nimçəyə su töküb ( su güveç qəliblərinin yarısına çatsın.) 180 dərəcədə 30 dəqiqə bişirin.
30 dəqiqədən sonra çıxarıb üzərinə sürtgəcdən keçirilmiş holland pendiri qoyun və 10 dəqiqə daha bişirin.
Bişdikdən sonra isti halda süfrəyə verin.
NUŞ OLSUN😋.

Şərhlər 0
Şərh Yaz