Azərbaycancaaz
Mir.az » Resept » Çıtır -Çıtır Ləzzət : Milföy Mantı Resepti

Çıtır -Çıtır Ləzzət : Milföy Mantı Resepti

7
asan resept,asan yemək resept,sadə resept
413 calories, 4 grams fat
Çıtır -Çıtır Ləzzət : Milföy Mantı Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Mantı resepti.
Artıq mantı hazırlamaq çətin deyil. Hazır milföy xəmirindən mantı resepti. Qonaqlarınız və ev əhli dadına , ləzzətinə heyran qalacaq.

NEÇƏ NƏFƏR ÜÇÜN

4 nəfərlik

HAZIRLIQ VAXTI

15 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

13 dəqiqə

Tərkibi:


    Xəmir üçün:
  • 250 qram çəkilmiş mal əti
  • 1 ədəd soğan
  • 1/4 dəstə cəfəri
  • 1 çay qaşığı duz
  • 1/2 çay qaşığı qara istiot
  • 1/2 çay qaşığı acı bibər tozu
  • 10 ədəd milföy xəmiri

  • Servis üçün:
  • 1 kasa qatıq
  • 2 xörək qaşığı kərə yağı
  • 1/2 çay qaşığı nanə
  • 2 çay qaşığı acı bibər tozu

Hazırlanma qaydası:

İçlik üçün bir qabda qiymə, sürtgəcdən keçirilmiş soğan, xırda doğranmış cəfəri, duz, qara istiot və acı bibər tozunu yoğurun.
Milföy xəmir vərəqlərini kiçik kvadrat şəklində kəsin. Ortasına bir parça içlik qoyun və mantı formasında bükün.
180 dərəcədə 13 dəqiqə bişirin.
Üzəri üçün kərə yağında nanə və acı bibər tozunu qızardın.
Çırpılmış qatıq və hazırladığınız yağ sousu ilə servis edin.

NUŞ OLSUN😋.



Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz